Kilian Mbappe PSJ-nin ona psixoloji təzyiq göstərdiyi ilə bağlı şikayətini geri götürüb. SİA xəbər verir ki, keçən yay “Real”a keçən Mbappe psixoloji təzyiqə məruz qaldığını bildirmiş və həmçinin əsas heyətlə işləməyi müvəqqəti dayandırdığı 2023-cü ildə Paris klubunun onu yeni müqavilə imzalamağa məcbur etməkdə ittiham etmişdi. Şikayət iyunun sonunda araşdırmaya səbəb olub. “L’Equipe”nin məlumatına görə, Mbappenin vəkilləri bazar ertəsi şikayətlərini geri götürüblər, forvarda olan 55 milyon avro borcla bağlı PSJ-yə qarşı məhkəmə prosesi hələ də davam edir.

Mbappe və ətrafının forvardın bütün diqqətini öz oyununa cəmləməsi üçün hüquqi məsələləri mümkün qədər tez həll etməkdə maraqlı olduqları bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə