BBC nümayiş etdirdiyi ilk reklama görə üzr istəyib

BBC rəhbərliyi telekanalın tarixində təsadüfən nümayiş olunan ilk reklama görə üzr istəyib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, 30 saniyəlik çarx BBC Two kanalında iyulun 22-də Uinbildon turnirinin yarışlarından birinin yayımı zamanı nümayiş olunub.

Reklam tamaşaçıları ATR-in dünya turuna bilet almağa səsləyib. Çarxda həmçinin turnirin sponsorunun adı dəfələrlə çəkilib. ITV kommersiya televiziya şəbəkəsi çarxın nümayişinə görə BBC-yə etiraz edib. Kanaldan turnirin təşkilatçısı ilə BBC arasında sövdələşmənin olub-olmaması barədə izahat istənilib.

BBC-nin təmsilçiləri bəyan ediblər ki, reklam çarxı efirə səhvən gedib. Onlarla ATR, yaxud Uimbildon arasında heç bir sövdələşmə yoxdur.

Qeyd edək ki, BBC ictimai təşkilat olduğundan burada reklam nümayişi qadağandır. Korporasiya britaniyalıların hər il televiziyaya icbari ödənişləri əsasında maliyyələşir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...