Hörmətli professor,dəyərli ziyalı, hamımızın əzizi, vətənpərvər alim qardaşım Kamran Kazımov!
Sizi – tanınmış ədəbiyyatşünas alim, Lənkəran Dövlət Universitetinin hörmətli professoru, ziyalı və vətənpərvər bir insan kimi 65 illik yubileyiniz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə möhkəm cansağlığı, uzun ömür və elmi fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq.
Siz uzun illərdir ki, Azərbaycan elminə və ədəbiyyatşünaslıq sahəsinə dəyərli töhfələr verən, gənc nəslin maariflənməsi və milli ruhda yetişməsi üçün yorulmadan çalışan dəyərli alimlərimizdənsiniz. Sizin elmi araşdırmalarınız, pedaqoji fəaliyyətiniz və ziyalı mövqeyiniz həm tələbələr, həm də elmi ictimaiyyət tərəfindən böyük hörmət və rəğbətlə qarşılanır.
Siz yalnız alim kimi deyil, həm də yüksək mənəviyyata və Vətən sevgisinə malik bir insan kimi cəmiyyətimiz üçün örnək şəxsiyyətlərdənsiniz. Vətənə olan sevginizin ən uca nümunələrindən biri də odur ki, Sizin yeganə övladınız – igid oğlunuz Azərbaycan xalqının Qəhrəman övladı baş leytenant Vüsal Kazımov Azərbaycan torpaqlarının azadlığı uğrunda gedən Vətən müharibəsində qəhrəmancasına şəhidlik zirvəsinə ucalaraq xalqımızın qəlbində əbədi yaşayır. Belə bir qəhrəman övlad yetişdirmiş bir ata kimi Sizin adınız həm elm aləmində, həm də Vətən tarixində xüsusi ehtiramla çəkilir.
Bu əlamətdar yubiley günündə Sizə bir daha dərin hörmət və ehtiramımızı bildirir, həyat yolunuzun bundan sonrakı illərinin də sağlamlıq, mənəvi rahatlıq və yeni elmi nailiyyətlərlə zəngin olmasını arzulayırıq.
Allah Sizə uzun ömür versin, şəhid övladınızın ruhu daim şad olsun. Onun qəhrəmanlığı xalqımızın yaddaşında əbədi yaşayacaq.
Hörmət və ehtiramla.
Bəxtiyar Hüseynov,
Prezident mükafatçısı.Əmək veteranı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB