"Azərbaycanın bitki örtüyü" kitabının təqdimat mərasimi keçirilib - YENİLƏNİB/FOTOLAR
Bu gün AMEA-nın müxbir üzvü Elşad Qurbanovun "Azərbaycanın bitki örtüyü" kitabının təqdimat mərasimi keçirilib. SİA xəbər verir ki, təqdimat mərasimində ilk növbədə müəllifin kitabına uyğun videoçarx nümayiş etdirilib. Tədbirin açılışı isə AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli sözləri ilə olmuşdur. Akademikin sözlərinə görə, kitabın müəllifi olan Elşad Qurbanovun əməyi yüksək dəyərləndirilir. Onun sözlərinə görə, kitabın ərsəyə gəlməsi böyük zəhmət tələb edib.
Bununla yanaşı tədbirdə bir çox alimlər, deputatlar iştirak edib. Bunların sırasında AMEA-nın vitse-prezidenti İradə Hüseynova, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov, Milli Məclisin üzvü, "İki sahil" qəzetinin baş redaktoru, həmçinin başqaları iştirak edib. Onlar da öz sözləri ilə çıxış ediblər.
Eyni zamanda Azərbaycan Dövlət Pedoqoji Universitetinin prorektoru Mahirə Hüseynova çıxışında bildirib ki, bu kitabda Azərbaycanın bitki örtüyü yer alıb: " Kitab 20 fəsildən ibarət 10 illərin zəhmətinin bahasına gəlib. Belə kitablara Alimin ömür kitabı da demək olar. Burada Azərbaycanın bitki örtüyünü, qumunu, daşını belə öyrənmək olar.
Kitab 17 fəsildən ibarətdir. Monoqrafiyada çəmən dəniz bitkiçiliyi və.s haqqında məlumat verilib".
Tədbir iştirakçıların çıxışı ilə davam edib.
Bütün xəbərlər Facebook səhifəmizdə