Valeh Sefiyev
VULKAN
(Poema))
Milli Qəhramanımız Mübariz İbrahimovun əziz xatirəsinə ithaf edirəm.
Mübariz İbrahimov bütün gənclərimiz üçün örnəkdir, nümunədir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan.
Seyid nəvəsi olaraq bunu etməliyəm.
Mübariz İbrahimovun
anasına məktubundan
Söz də,
Meydan da
Mübarizindir
(cəbhədən məktub)
- Ana, bu ermənilər -
Başına kül ələnib,
Qapısı kilidlənib
Bu yerə girməlilər
Nə murdar millət imiş !..
Başdan-başa rəzalət,
Çirkab, üfunət imiş.
Dəhşətə bax! Onların
Min cür sifətləri var.
Əxlaq tanımır onlar. –
Nə utanan üzləri,
Nə də qeyrətləri var.
Onların dünyasında
Yoxa çıxıb namus, ar.
Bəşərə yaraşarmı
Bu biyabırçılıqlar?!..
Müharibədir deyib
Dondan-dona girirlər. –
Körpəni şaqqalayib,
Qocanı öldürürlər.
Bizim gəlini, qızı
Əsir də götürürlər ...
Nə yaramazlıq desən
Çıxa bilər bunlardan –
Bu qansız məlunlardan.
Vicdansız məlunlardan. –
Lap iyrəndim onlardan.
Ürəyim bərk bulandı.
Ödüm ağzımdan gəldi,
Başım da gicəlləndi.
O, böyük yaradanın
Şükür məsləhətinə
Bizi salıb çətinə :
Yaranışdan, binadan,
Bu dünya qurulandan
Ilk saatdan, ilk andan
Bizimki gətirməyib –
Bu haylar hardan gəldi,
Bizə belə calandı?! –
Bizim qonşumuz oldu,
Vətəndaşımız oldu?!
Biz urfan işığında
Böyümüşük bəxtiyar.
Halaldır çörəyimiz,
Açıqdır ürəyimiz,
Xoş danışan dilimiz,
Xeyirxah elimiz var.
Qabar-qabar, mərd, təmiz,
Əl tutan əlimiz var.
Qardaş,sirdaş gəzmişik
Dünyaya göz açandan.
Budur bizi yaşadan,
Təqdim edən, tanıdan,
Çoxdur bizə güvənən,
Bel bağlayan, inanan. –
Yoxdur bizi unudan!
Mənfur qonşumuz kimi
Düşmən axtarmamışıq
Doğulanda anadan.
... Eralar yola salıb! –
Qocadır millətimiz.
Ali ruh sahibidir,
Ucadır millətimiz.
Çox imtahandan keçib,
Yüz dəfə ölçüb-biçib:
Yaxşı nədir, pis nədir?!
Adımızın rəhnidir
Insanlıq şöhrətimiz.
Gücsüzə qılınc çalıb,
Güclünün qabağında
Tir-tab uzanmamışıq.
O yanda qürrələnib,
Bu yanda sınmamışıq.
Insanlıq eşqimizi
Asan qazanmamışıq.
Xeyrimiz az olmayib,
Ziyana da getmişik.
Əsr-əsr can qoyub
Əzabkeşlik etmişik
Heç vaxt itirməmişik,
Ayağa verməmişik
Öz insanlığımızı ;
Bu ruhumuza hopan,
Bizim varlığımızada
Əbədi məskən salan,
Dinclik, rahatlıq tapan
Yüksək amalımızı –
Mehribanlığımızı,
Istiqanlığımızı.
Yaşayıb-yaratmışıq,
Işığa can atmışıq.
Dünyada daşdan keçən
Söz yiyəsi olmuşuq.
Ağlımız, tərbiyəmiz,
Əlçatmaz səviyyəmiz, -
Biz kamala dolmuşuq.
Alnımızda qırış yox.
Qəlbimizdə xainlik,
Həsəd, nifrət, qarğış yox.
... Düşmən tapdağındadır!
Torpağım dad eləyir.
Murdarlanmaq istəmir,
Bizdən imdad diləyir.
Torpağın da dili var. –
Qulaqlarım eşidir,
Amandayam, nə deyir.
Bəlalı torpağımız
Elə bil heç kəsə yox,
Mənə tutub üzünü,
Mənə dikib gözünü,
Nə deyir mənə deyir
Boynuma düşən yükdən,
Ağırlıqdan, çəkidən
Az qalır boynum sınsın,
Nəfəsim də dayansın ...
Gözlərim qaralıbdır.
Əziz Anam! Elə bil
Tək Azərbaycan deyil,
Bu boyda yer kürəsi
Boynuma sarılıbdır,
Inciməmişəm ondan,
Əli çıxıb hər yandan
Mənim sınıq qolumdur,
Boynumdan asılıbdır,
Şərdən, bəladan qaçan,
Şikəst, yaralı cahan
Qoynuma qısılıbdır,
Öz doğma balasından –
Məndən nicat istəyir,
Azad həyat istəyir.
***
Mənə öyüd-nəsihət
Verən adam çox olub.
Ay Ana! Mənim canım
Boğazıma yığılıb.
Səbir ilə iş aşmır,
Dözmək mənə yaraşmır,
Seyid nəvəsiyəm Mən!
Quş başı da kəsməzdim.
Qan tökmək istəməzdim.
Qurana and içmişdim.
Day belə deməmişdim.
Asimandan enmişəm!
Çıxıb yerin dibindən
Intiqam almaliyam
Mən bu şərəfsizlərdən.
...Dünyanın işlərindən
Tamam xəbərsiz oldum,
Bağışla, fərsiz oldum,
Bir az gecikdim, Ana!
“Böyüklərin” ağzına
Gözümü dikdim, Ana!
Onların kərəminə
Bel bağladım, inandım,
Güvəndim, arxalandım,
Əl saxladım, dayandım,
Çox əzab çəkdim, Ana!
Belə getməz!- deyirdim.
Ürəyim, döz!- deyirdim.
Dünyada haqq, ədalət,
Rəhim, insaf, mürüvvət,
Insanlıq var! – deyirdim.
Üfüqlər işıqlanıb
Tez-tez sökülürdü dan.
Gözümü yumurmuşam,
Xəyala dalırmışam.
Qaynar, qatı ilğımdan
Can, şəfa umurmuşam
Ləzzət, zövq alırmışam.
Az qalıb, qan-qadasız
Təhlükəsiz, xatasız
Torpaqlarım işğaldan
Azad olar!- deyirdim.
Insanlıq var!- deyirdim.
Illəri sovuşdurub
Arxayın, gülə-gülə, -
Belə də yaşayırdım,
Hələ də yaşayırdım.
...Yadımdadır, Ay Ana!
Səninlə vidalaşıb
Son dəfə ayrılanda
Göz yaşını silmişdin,
Boynumu qucaqlayıb
Üzümə də gülmüşdün.
“Oğul salamat gedib,
Salamat qayıdasan!” –
Kövrəlib doluxsunub
Yana-yana demişdin.
Yaxşı yuxu görmüşdün.
Sədəqə də vermişdin.
Xəbər də göndərmişdin,
Məni sevindirmişdin.
Ancaq, bilmirdin, Ana!
Həmin gün sağollaşıb
Cəbhəyə yollananda
Mənə olan olmuşdu.
Səbir kasam dolmuşdu
Mən sinəmi gərmişdim.
Qəti qərar vermişdim –
Bu mənim son səfərim,
Son gedişim olacaq.
Şəhidlik zirvəsinə
Yüksəlişim olacaq.
Sən arxamca su atdın;
Dönüb gözünə baxdım,
Ürəyimi qanatdın.
Mənim nə çəkdiyimi
Ana, çoxları bilmir.
Evimizə qayıdıb
Sənin nurlu üzünə
Baxmağa üzüm gəlmir
Daha fikir eləmə
Mən səni unutmuşam.
Ayrı bir səmtə, yana,
Dərgaha üz tutmuşam.
Yadımdadır o illər.
Yeri oldu-olmadı
Məni bağrına basıb
Yanağımdan öpərdin
Səhərdən axşamacan
Uşaq oyunlarından
Ayılmayan başıma
Tez-tez sığal çəkərdin
Yenə ehtiyacım var
O sığalına, Ana!
Sən nə iş tapşırsaydın,
Vuruşub əlləşərdim,
Haldan, dildən düşərdim
Yetirərdim yerinə;
Mən səni çox sevirəm,
O Mübarizəm yenə!
Canla, başla hazıram
Bir işinə yarıyam.
Axı yenə möhtacam
Bir “sag ol!”una, Ana!
Yadımdadır, əzizim
Elə oturub-durub
Məni əzizləyərdin, -
Yox idi başqa dərdin.
Elə burdan buraya
Qonşuya gedəndə də
Arxamca su atardın.
Ayağıma daş dəysə
Yenə də hamıdan tez
Sən dadıma çatardın.
Yadımdadır, son gecə
Qoyub təlaş içində
Yalvar-yaxar eləyib
Səni ovutmamışdım.
Özüm də yatmamışdım.
Oyaq idim, görürdüm
Bütün oturuşuna,
Duruşuna, əzizim
Baxıb fikir verirdim.
Heç nə, heç nə, Ay Anam,
Nəzərimdən qaçmırdı.
Sənin yanında idim,
Xəyalım da göylərə
Pərvazlanıb uçmurdu.
Əziz Anam! O axşam
Sübh namazına da
Hamıdan tez durmuşdun.
Namaz üstündə də Sən
Mənim üçün ürəkdən
Bol-bol dua edirdin.
Bəzən huş aparırdı,
Qəlbində, xəyalında
Hardan hara gedirdin.
Gözüm səndəydi, Ana!
Əl atsan da hər yana
Dərdin azalmamışdı.
Başqa bir ümid yerin,
Pənahın qalmamışdı
Yaman bərk darıxırdın.
Müsəllayə çıxırdın.
Göylərə əl açırdın,
Yalvarıb, yaxarırdın.
O gözəgörünməzi
Köməyə çağırırdın.
Ana, bunlar hamısı
Olub keçibdir, neynək.
Mənim torpaqlarımda
Düşmənim at oynadır,
Orda kefdə, damaqda.
Bükülüb bir bucaqda
Biz başımıza döyək,
Taleydən gileylənək?!..
Xəcalət çəkirəm mən.
Qapqara qanlar gedir
Ana, mənim qəlbimdən.
Doğrudur, həqiqətdir:
Igidəm, yaraşıqlı,
Dizim pəhləvan dizi,
Ürəyim də işıqlı,
Öyünməyinə dəyməz,
Güvənməyinə dəyməz.
Yoxdur məndə cəsarət,
O qeyrət, o qətiyyət.
Nifrət, nifrət, min nifrət!
Mənə bağışladığın,
Hələ də oxaşdığın
Bu boy-buxuna, Ana!
Mən daha yaşamıram.
Bu gəzib-dolanmağım,
Yeyib-içməyim haram.
Bu ağır, bəd rüzgarım
Heç xəyalına gəlməz,
Girməz yuxuna, Ana!
Dünya tamaşa edir, -
Bütün müqəddəratım,
Həyatım əldən gedir.
Qanlı 20 Yanvar –
Döğranan vicdanımız.
Xocalı faciəsi –
Yerdə qalan qanımız
Ana, bu nə yaşamaq,
Nə zülümdür düşmüşük?!
Ana, nə oğuluq biz? -
Tablaşır ürəyimiz.
Kim bizə edib yasaq?
Biz harda döyüşmüşük?..
Odlara atılmışıq
Namərd, murdar düşmənin
Ayaqları altında
Tapdanıb gedəcəyik. –
Yox olub itəcəyik.
Kim bizi tanıyacaq?
Bizdən seçilməyəcək
Yerdə gəzən böcəklər.
El bizi qınayacaq.
Sabah demiyəcəklər
Vətən, Millət yolunda
Canımızdan keçmişik,
Qanımızdan keçmişik.

Vətənim düşüb dara.
Sağ ciynimdə pulemyot,
Sol əlimdə qumbara
Düşmənimin üstünə
Mən tək gedirəm, Ana!
Haqqını halal elə!
Vətənimin yolunda,
Millətimin yolunda
Can qatdığın canımı
Fəda edirəm, Ana!
Şəhid olacağam Mən!
Atama da xəbər ver,
Onu da şərəfləndir.
Allah qoysa, cənnətdə, -
Rəbbimin hüzurunda
Biz görüşərik, Ana!
Yenə də can deyərik,
Can eşidərik, Ana!
Ana, qurbanın olum
Bilirəm körpəlikdən
Məni çox istəyirdin.
Dəcəllim də vardı –
Sən də bağışlayardın,
Atam da bağışlardı.
Mən evə gələnəcən,
Yatmayıb, səhərəcən
Yolumu gözləyirdin.
Ana, məni itirmək
Bilirəm sənin üçün
Yaman ağır olacaq.
Bütün həyatın boyu
Məni axtaracaqsan,
Məni gözləyəcəksən,
Gözün yolda qalacaq.
Səndən xahişim budur
Başını dik tut, Ana!
Qüssəni, qəmi, dərdi,
Ələmi unut, Ana!
Əhdimə çatmışam Mən!
Ağlama, ağı deyib.
Bayram libası geyib
Əksinə sevin, Ana!
Qalma ibadətindən,
Açılsın kefin, Ana !
Yaxşı yuxu görmüşdün.
Gözlərin aydın olsun,
Yuxun çin oldu, Ana!
Şadlanıb qürrələn ki,
Şəhidlik zirvəsinə
Oğlun ucaldı, Ana!
Düzdür, toy-bayram ilə
Insan dünyaya gəlir.
Beş gün oynayır, gülür.
Anacaq, kim olursan ol
Nə fərqi, ya müqəsir,
Ya hakim olursan ol,
Əzrail keşikçidir.
Soruşmur kim necədir,
Ağadır, dilənçidir?!..
Çıxıb getsən də hara,
Heyhat, qarabaqara
O da düşüb dalınca
Qovur, izləyir səni,
Gözdən qoymur bir an da.
Nişanda, hədəfdəsən,
Sırada, növbədəsən.
Yüz yerdən qıfıllanmış
Dəmir qapılardan da
Vaxt çatdı, bir addım da
O, geriyə çəkilmir.
Yaradanın əmridir,
Ölüm haqdır, kim bilmir?
Doğma Vətənimizin
Başı sağ olsun, Ana!
Xəcalətli qalmasın! –
Xalqım xalqlar içində
Şərəfli, alnı acıq,
Üzü ağ olsun, Ana!
...deyirlər
Mübariz o gecədə
Qorxmaz, məğrur, yenilməz,
Cəsur idi necə də?!..
Ruhumuz yüksəklərdə,
Qəlbimizdə şükranlıq. –
Çağır danışdır, dindir.
Uzaq qərinələri, -
Belə bir qəhrəmanlıq
Ilk yaranışdan bəri
Nə aşkarlıqda, nə də
Dərin, şirin royada
Hələ eşidilməyib,
Görünməyib dünyada.
Götürdüyü güllələr,
Gətirdiyi güllələr
Qurtarandan sonra da
Qaranlıq kazarmada
Mübariz qeyzə dolub,
Düşmənlərimiz üçün
Sehr, sehrkar olub,
Alovdan köynək geyib,
Bir də, “ya Allah!” deyib
Öz silahları ilə -
Öz barıtları ilə,
Avtomatları ilə
Düşmənə qan uddurub.
Düşmənin qışlasında –
Məlunlar yuvasında
Mübariz sağdan vurub
Gəlib soldan çıxırdı.
Nə yalvar-yaxarlara,
Nə hiddətə baxırdı.
Qabağı ayaqlayıb
Arxaları biçirdi.
Anasına yazmışdı,
Halallıq da almışdı. –
Vətən, millət yolunda
Qəti bir yol tutmuşdu, -
Özünü unutmuşdu,
Öz canından keçirdi.
Gözünü də qırpmırdı,
Qorxu nədir, bilmirdi.
Irəli! Bir addım da
Geriyə çəkilmirdi.
Vurduğunu vurmuşdu.
Qırdığını qırmışdı,
Artıq əli boş idi, -
Sonuncu, axrıncı
Gülləyə oturmuşdu.
Deyirlər, Mübarizin
Qurtaranda gülləsi
O, daha da sərtləşib,
Şiddətlənib nərəsi.
Qanlıymış əli, üzü.
Ağlı başında imiş,
Şölə saçırmış gözü.
Vur-çatlasın, sübhün də
Bu yandan sərin mehi
Oxşayırmış üzünü,
O yandan bülur şehi
Yuyub təmizləyirmiş
Müqəddəs, pak edirmiş
Əlini, ayağını,
Açıq-al yanağını. –
Günəş təzə doğurmuş,
Tanrı da izləyirmiş.
Izini, tapşırığı –
Bu günü gözləyirmiş.
Mübariz arxalanıb
Qollarının gücünə
Silahlı, oturuşmuş
Bir qoşunun içinə
Çox böyük qəzəb ilə,
Coşqu ilə girirmiş.
Möcüzə göstərirmiş, -
Dünyaya dərs verirmiş.
Yapışıb boğazından, -
Mənfur, murdar düşməni
Sərçə kimi boğurmuş.
Əskəri, generalı
Bir-birinə qatırmış.
Öldürüb, leş eləyib
Bir kənara atırmış.
...Rəvayət eləyirlər,
Öz qulaqlarım ilə
Eşitmişəm, deyirlər.
Mübariz döyüşəndə
Göydə uçan mələklər
O tablonu çəkiblər.
Orda aydın görünür
O məlunlar sürünür.
Erməni zabitləri –
Ərzin sümsək itləri –
Düşmənlər Mübarizin
Cansız bədəninin də
Yanında diz çöküblər,
Dərin köks ötürüblər.
Dəsmal da götürüblər,
Göz yaşı da töküblər.
Alıb özündən izin,
Qorxa-qorxa, birtəhər
Qəhraman Mübarizin
Qolunu bağlayıblar.
Yenə də ağac-ağac
Öz olduqları yerdən
Uzaqda saxlayıblar.
...Neçə qış ötüb keçdi,
Yaz gəlib gülə-gülə
Mənfur düşmənlərimiz
Qorxu, təlaş içində,
Vahimədədir hələ.
Dünya onların idi,
Dünyanı itiriblər.
Mübariz onlar üçün
Dəhşətli kabus idi –
Belə insan olmazdı
Bəlkə yuxu görüblər?!..
Belə bir söhbət də var. –
Tale üzünə gülüb
Qəhraman Mübarizin
Qəzəbli gözlərindən,
Hiddətli nəzərindən
O vaxt yayına bilib,
Yorulub, dayanmayıb,
Gecikib, yubanmayıb
Tülkü böğazlarını
Dartıb, dartıb, ha dartıb
Cəngavər Mübarizin
Dəmir, sərt barmaqları
Arasından çıxardıb
Salamat qurtaranlar, -
O, murdarlar, məlunlar
Bu gün yaşaya bilmir.
Burda axtarmayın sirr.
Amansız, qan donduran
Bir sarsıntı keçirir,
Bu dünyda ən ağır
Ömürlük cəza çəkir. –
Küfr, nasəza edib,
Dözülməz ağrılardan
Canını xilas edib
Ölmək istəyir onlar.
O, ölümə məhkumlar,
O kafirlər, məlunlar
Nə qədər faciələr,
Dərdlər yaşadıb bizə?!..
Bütün ləyaqətini,
Yaşamaq qismətini
Borcludur hər birimiz
Davada həlak olan
Mərd igidlərimizə
Burda sinəmə sığmır.
Yüksək, uca duyğular.
Mənim etirazım var –
Razı deyiləm buna :
Niyə bir vətən oğlu
Ömrünü borclu olsun,
Başqa vətən oğluna?!..
Nifrətlər yağdırıram.
Müqəssirin, baisin
Görbagor dünəninə -
777
Arxadan dönəninə, –
Murdar, yaramaz, qırıq
Zatına, əcdadına:
Niyə mənim yolumda
Qıyıb cavan canına, –
Sevgi, məhəbbət dolu
Gənclik həyacanına
Işıqlı dünya ilə
Əbədi vidalaşsın, –
Başqası həlak olsun
Son qoysun həyatına?!
Əlim haraya çatır?
Baxıram göyə, yerə.
Dalmışam intəhasız
Ağır düşüncələrə.
Qalmışam yana-yana.
Ölüm uzaq səfərdir
Sözün bitdiyi yerdir.
Ömür bir yol verilir
Axı hər bir insana!..
Elimizdə yaz, bahar.
O ərlər, o igidlər
Keşkə sağ olaydılar.
Yığışıb gedərdik biz
Onların toylarına.
Gözlərimiz dolusu
Baxardıq boylarına.
Onlara canım qurban! –
Varam, nə qədər sağam,
Hər yerdə, hər bir zaman
Hər qəhramanımızdan
Bir dastan açacağam.
Çox-çox narahatam mən.
Binadan, əvvəlindən
Dünya belə olmayıb.
Heç bir xalq, heç bir xalqa
Nökər, kölə olmayıb.
Xarabalıq görməyib,
Hər yan gülüstan olub
Həyat firavan olub.
Kasıblıq, aclıq, qıtlıq,
Dilənçilik olmayıb.
Insanlar arasında
Düşmənçilik olmayıb.
Başına yığışmışıq,
Nisyə danışmışıq. –
Qarası, ağı ilə,
Könül xoşluğu ilə
Tanrımızın əlindən
Götürmüşük dünyanı.
Iblisinə uymuşuq,
Gör nə günə qoymuşuq?!..
Sağımız, solumuz dərd.
Möhtacdır namərdə mərd.
Tamahımız iti, çox.
Təmiz, candan, ürəkdən
Bir ibadətimiz yox.
Nicat yolu qalıbmı? –
Arzumuz, diləyimiz
Bir saf, xoş niyyət ilə
Aça bilsin qol-qanad?!..
Bizi başlıbaşına
Nahaq yerə buraxıb.
Evlərimiz yıxılıb
Nahaq qanımız axıb. –
Uzaq eralar boyu
Yalın ayağımızın
Altı qaranlıq quyu.
Neçə-neçə Nəmrudlar,
Fironlar doğulub.
Dönmüşük qurbanlığa
Insana, insanlığa, -
Bizə olanlar olub.
Gecdir, gecikib Tanrı.
Od bürüyüb dünyanı. –
Onu eşidən hanı?
Ordan nalə yüksəlir. –
Kimə nə deyə bilir?
Onun qərarı ilə
Indi kim hesablaşır,
Kim geriyə çəkilir?
Silaha sarılmışdı,
Görmüşdü yağlı ovu.
Bonapartda, Hitlerdə
Var idi Allah xofu?
Torpaq da, asiman da
Cavab intizarında:
Qaz kameralarında
Boğulan insanları,
Qırılan milyonları
Hansı kitaba yazaq?
Kimdən hesab soruşaq?
Geriyə boylandıqca
Bağrımı nizə dəlir.
O böyük yaradanın
Bizdən acığı gəlir.
Xəyanət eləmişik
Onun əmanətinə.
Nankor, quduz olmuşuq.
Etinasız olmuşuq
Onun mərhəmətinə,
Əlçatmaz dərgahına,
Uca səltənətinə.
Öz qadir əlini də
Deyəsən, üstümüzdən
Əbədi çəkib Tanrı.
Gözlərini tutub qan.
Çox qəddarlaşıb zaman
Deyim?- Deməli deyil,
Bir mərtəbəli deyil,
Günahlarımız qat-qat.
Əlimizdə salamat
Saxlaya bilməmişik,
Itirmişik dünyanı.
Indi Diogen kimi
Gündüz, gün işığında
Milyonların qəlbində
Bir döğru söz, həqiqət,
Xeyirxahlıq, ədalət,
Bir xoş niyyət gəzirik.
Səmimiyyət gəzirik.
Əlimizdə şam, çıraq.
Nə vaxtdır üzümüzdən
Qaçaqdır şadlıq, sevinc.
Təmiz, xoş niyyət ilə
Başımıza əl çəkib
Qolumuza girmirlər. –
Imkan, aman vermirlər
Beş gün rahat, sakit, dinc
Yerimizdə oturaq.
Xalqımız çox uludur! –
Xəyanətkar olmaqdan,
Qisasçılıqdan uzaq.
Illər, əsrlər boyu
Biz üfürə-üfürə
Içmişik duru suyu.
Əldən buraxmamışıq
Öz ehtiyatımızı.
Qonşuya, dosta, yada
Ziyan yetirməmişik,
Bəla gətirməmişik, –
Şərdə axtarmamışıq
Müqəddəratımızı.
Cəsur adımız ilə
Dünyaya salmışıq səs
Bizimlə çilingağac
Oynaya bilməz heç kəs.
Itkisi az olmayıb, –
Başyolduda, şivəndə.
Ağlı başına gəlsin,
Unutmasın düşmən də,
Hesab itməyib hələ,
Onların mini belə
Bir Xudayarımızın. –
Şair ruhlu, mehriban,
Yazıb-yaradan insan
O nəğməkarımızın
Heç o çölə atılmış
Dırnağına da dəyməz.
Heyran idik biz onun
Ağlına, kamalına,
Nəğməli dünyasının
Hüsnünə, calalına. –
Onun əvəzi hanı?!..
Yoxluğu yıxdı bizi.
Yandırdı, yaxdı bizi.
Qəlbimizin ağrısı
Alabəzək elədi
Bütün ərzi, cahanı.
Bu gün bu dünya üzü
Burda işıqlı, cənnət
Orda qaranlıq, zülmət
Görünür gözümüzə.
Çətin, çətin ovunaq,
100 ilə, 300 ilə
Bütün varlığımızla
Oynayıb gülə-gülə
Qayıdaq özümüzə.
Deyilənlər doğrusa,
Mən də elə, ulusa
Qoşulub şad oluram.
Qara buludlar kimi
Boşalıram, doluram.
Qələbə bizimlədir! –
Burda toya gedirəm
Geriyə qayıdıram,
Orda xiffət edirəm.
Daşaltı dəhşətini
Necə unutmaq olar?
Mənim dünyam tarımar.
Başın sağ olsun Vətən!
Düşmənə əsir düşən,
Orda qaynar şiş ilə
Qolu bağlı, köməksiz
Arxaları üstündə
(Belə murdarlıq olmaz,
Belə qəddarlıq olmaz.
Aydındır, bilirik ki,
Ilanın zəhəri var.
Qandır, müharibədir,
Ölüm-itim də olar.
Ancaq bir təhəri var
Cəzanın da, qəsdin də.)
Uzandıqları yerdə
Ürəkləri deşilən,
Enli kürək, gen sinə –
Oğul deyirəm sənə
Seçmə, lay divar kimi,
Cəsur, canavar kimi
Xəyanətin qurbanı
(Bəs o xainlər hanı?
Möhtərəm xalqımızın
Hüzurunda onların
Bilindimi ünvanı?
Quruldumu divanı? –
Çətin, ağır suallar
Bizdən cavab istəyir.
Əl çəkmir yaxamızdan,
Qapımızı şər döyür.
Bu tərəf doğru deyir,
O tərəf işi əyir.
Qapımızı şər döyür.)
Öz elimin, obamın
Əziz balalarını
Vətən qalalarını,
O igidlərimizi,
O şəhidlərimizi
Hər an xatırlayıram,
Ürəyim olmur aram.
Yanır bağrımın başı.
Elə durduğum yerdə
Axır gözümün yaşı.
Mübariz...
Mənim əziz oxucum
Burda bir haşiyəm var.
Yazmasam bağrım çatlar.
Səndə onu oxuyub
Boylanıb dan yerinə,
Xoşbəxt gələcəyimiz,
Sabahımız xətrinə
Sözünü deməlisən.
Susmaq zamanı deyil.
Sinəni acmalisan,
Heç yorulmamalısan.
Səndə vardısa vicdan
Yalandan qaçmalısan.
Burda danışıq, söhbət
Kimdən gedir, bilirsən.
Burda qarşında durub –
Qoşa, yanaşı durub
Şəhid Mübariz- Vətən!
Burda baş əyməlisən.
Əlin sinən üstündə
Təzim eləməlisən.
Ruhunun qətiyyəti
Nəfsini yıxmalıdır.
Üzünə çıxmalıdır
Ürəyinin, canının
Bütün səmimiyyəti.
Doğrunu, həqiqəti
Düzünü deməlisən:
Qanına qəltan olub
Can verəndə Mübariz, –
Vətəndaşlıq borcunu
Şərəflə, ləyaqətlə,
Məhəbbətlə, qüdrətlə,
Məharətlə yerinə
Yetirəndə Mübariz
Bulvarda, restoranda
Xanımlarla əylənib
Kefə baxan “igidlər”
(Bacarmadım, nə edim?
Onlara igid dedim.
Bağışlasın şəhidlər!)
Qəhraman xalqımıza
Bu gün hesab verirlər?!
Yoxsa, başda oturub
Gözümüzü çıxardıb,
Başımızı kəsirlər?
Mübariz də canını
Kövşəndən tapmamışdı.
Haram qazanmamışdı,
Əllərdən qapmamışdı.
Mübariz təkbaşına
Çıxıb cəngə, savaşa
Qəddar düşmənimizin
Komunu qırıb-çatıb.
Həmin axşam, həmin gün
Büsbütün Ermənistan –
Bir ölkə yasa batıb.
Heyrət edənlər nə çox!..
Burda bir möcüzə yox!..
Burda bizim Mübariz
Öz ruhunu ovudub,
Qəzəbini soyudub.
O da vətəndaş idi!
Mənim qonşuluğumda
Əzizlərim, onu da
Sadə bir kənd qadını
Doğub, bələyib, büküb,
Sevə-sevə böyüdüb,
Çatdırıb boya-başa.
Ilk yaşlarından belə
Çox seçilib, fərqlənib
Yoldaşlarından belə.
Ovu gözündən vurub,
Heç zaman Mübarizin
Oxu getməyib boşa.
O, bir halal ocaqdan,
Ailədən çıxmışdı.
O da körpə olmuşdu.
Gözü yaşla dolmuşdu.
O da anası üçün
Beşikdə darıxmışdı.
Bəli, əziz oxucum
O, bir imanı kamil
Seyid ailəsində
Dünyaya göz açmışdı.
Körpə yaşında belə
O, haramdan qaçmışdı.
Bilməzdi yazdı, qışdı, –
Bütün günü bayırda
Kənd uşaqları ilə
Gülmüşdü, oynamışdı.
Nahaq bir sözə görə
Öz həddini aşmışdı, –
Küsmüşdü, dalaşmışdı.
Adi bir uşaq idi. –
Hamıya əziz bala.
Bəzən alınmaz qala,
Sınmaz, sarsılmaz ünvan,
Bəzən də çox mehriban,
Mülayim, yumşaq idi. –
Adi bir uşaq idi.
Sonra,.. sonra,.. sonra da
Böyük oğlan olmuşdu.
Kamala da dolmuşdu.
Bəlkə o da sevmişdi,
Bir qız da bəyənmişdi.
O bəxtikəm gözələ
Qəlbini də açmışdı.
Sevgisi dərya idi,
Gözündən oxunurdu. –
Yuxusu da qaçmışdı.
Bəlkə,.. bəlkə,.. bəlkə də,..
Mən Mübarizdən cəsur,
İgid, yenilməz, məğrur,
Arzuları işıqlı,
Mehriban, yaraşıqlı,
Cəsarətli qəhraman,
Mənə doğma bir İnsan
Tanımıram ölkədə.
Kim bunu dana bilər?
(Kimsə utana bilər!)
Bütün varlığım ilə,
Ruhum ilə şahidəm:
Bu Mübariz kim idi?!
Onun böyük qəlbində
Yüksək, şahin qanadı
Duyğular hakim idi.
Ən şirin royasında,
Müqəddəs dünyasında
Elinin dostu, yarı,
Vətənin xilaskarı.
Şərəfi, iftixarı. –
Öz bəxti, qədəriydi,
Dayandırmaq olmazdı
Saxlamaq, gecikdirmək,
Əhdi qirmaq olmazdı
O gün, o saat onun
Bir amalı var idi.
Qulaqları kar idi,
Başqa siqnalı, səsi
Eşitməzdi, calmazdı
Namus, qeyrət yeriydi,
Öz bəxti, qədəriydi,
Damarında qalmazdı.
Qanı seyid qanıydı. –
Əcdadlarından gəlmə
Cəsur igid qanıydı.
Vicdanında ləkə yox.
Bizim hamımızdan çox
Mübariz imiş sevən
Bu xalqı, bu milləti.
Əziz oxucum! Daha
Gəl burda başa vuraq,
Qurtaraq bu söhbəti.
Sabah nə desən olar.
Inciyən, küsən olar.
Əl-ayağa dolaşıb,
Çaşıb başından böyük
Qələt eləyən olar.
Azıb, həddini aşıb
Qəhrəmanımıza da –
Haqq uğurunda tökülən
Qızıl qanımız da
Tərs baxıb, dil uzadan,
Ağız büzüb şər atan,
Qulp qoyub, artıq-əskik
Danışıb-deyən olar. –
Çaşıb başından böyük
Qələt eləyən olar.
...Nə vaxtdır yol gəlirəm.
Gah irəli çixiram,
Gah geri çəkilirəm.
Mənim əziz oxucum,
Burda bir az karıxdım.
Qəribsədim, darıxdım
Əstəğfurullah! Bu gün
Kim bunu bilmir axı?!
Aslanlar yuvasıdır
Yurdumun hər bucağı.
Biz öz taleyimizin
Keşiyində durmuşuq
Həmişə ayıq-sayıq
Şanlı hədəfimizin
Hələ harasındayıq?!..
Yorulmur biləyimiz,
Ağır işdən qaçmırıq.
Heç kəsə əl açmırıq.
Yad qapılardan gəlmir,
Suyumuz, çörəyimiz.
Səngərdən çıxmamışıq,
Yuyunmamışıq hələ
Əsgər libasımızı
Soyunmamışıq hələ
Qolumuz çırmalanıb,
Yenə də meydandayıq.
Köç gedir, karvandayıq.
Yenə də güc alırıq
Bir olmaqdan, birlikdən
Dünyanın o başında
Səsimiz, sorağımız,
Düşmənin gözlərini
Çıxardan barmağımız
Hələ də ayrılmayıb
Bir düymədən, tətikdən.
Sənətin, ağır, çətin
Dolanbac yollarında
Duruş, tab gətirmişəm.
Kimin nə borcunadır,
Mən öz qəhrəmanıma
Nə təriflər yağdırıb,
Nə yaraşıq vermişəm?!
Doğrusu, mənlik deyil –
Heç cavab da vermirəm,
Cavab da gözləmirəm.
Öz ruhumdan süzülən
Bu etirazıma mən.
Qəsdimdir, ömrüm boyu
Nahaqqa yol vermərəm.
Vətənimin naminə
Hazıram, səfərbərəm
Dişimlə, dırnağımla
Dağı da dələm, oyam;
Qabarlı əlim girən,
Bizə şərəf gətirən
Nəyim var, hamısını
Çəkib ortaya qoyam.
***
Didilirik dörd yandan.
Üstümüzə şər-böhtan,
Yalan, iftira yağır.
Bizim yolumuz düzdür,
Ürəyimiz təmizdir,
Allah da göydən baxır.
Nahaq olan yerlərdə
Yoxdur bizim izimiz.
Çoxdan bəyan etmişik,
Sadədir devzimiz:
- Qardaş, deməyin bizə,
Biz də dəymərik sizə.
Biz maska taxmamışıq,
Heç zaman üzümüzə.
Ikibaşlı danışmaq,
Qonşu xaini olmaq
Əsla, yaraşmaz bizə.
Sınmayıb qələmimiz,
Dayanmışıq keşikdə
Biz gecəli, gündüzlü.
Qoy o üzlü, bu üzlü
Alçaqlar, şərəfsizlər
Ağzının zibilini
Bayıra tökməsinlər.
Çox mırıldamasınlar,
Hürməsinlər bu qədər.
Yekə-yekə danışıb,
Öz-özünə qızışıb,
Çox da baş aparmasın.
Bir istəkanlıq suda
Fırtına qoparmasın.
Nankor, ağzıgöycəklər.
Rəhbər bilir, hardadır
Həqiqətlər, gercəklər.
Siyasət meydanında
Dünən nə deyilmişdir,
Sabah nə deyəcəklər?!..
Sinənizi az cırın.
Bir az yavaş qışqırın,
Hürküb az qeyzə dolun.
Rahat, arxayın olun.
Qəsdən salmayın şuluq
Əlimiz boş deyildir,
Evimizdə məşğuluq,
Hələ işimiz çoxdur.
Tarixin kargüzarı,
Yaradanı, yazarı
Olmaq fikrimiz yoxdur.
***
Daş-kəsək deyilik biz,
Vuran, duyan qəlbimiz. –
Biz də ömür sürmüşük.
Fırtınadan doğulub
Susmuşuq, kirimişik.
Bizi atdan salıblar,
Piyada yerimişik.
Böhtançı olmamışıq.
Hesabımızı bilib,
Bir az geri çəkilib
Haqqı təbərrük kimi
Tapmışıq, itirmişik.
Harda, harda olsaq da, –
Zindanlarda olsaq da
Işığa can atmışıq,
Qurmuşuq, yaratmışıq.
Dağıtmışıq sədləri.
Boğmuşuq zülümləri,
Aydınlığa çıxmışıq.
Yıxılmışıq, yıxmışıq,
Bunları saxlamışıq
Onları ötürmüşük.
Qoymuşuq, götürmüşük. –
Biz də ömür sürmüşük
Xurcunumuz, cibimiz
Dolu olub, boş olub.
Əhvalımız, kefimiz
Meyxoş olub, xoş olub
Növbə-növ insanları, –
Haqqa ürəyi yanan
Mərd, bütöv insanlar,
Kişnəyən böhtanları,
Axan nahaq qanları,
Bucaqlarda bükülən
Lal, kar həqiqətləri,
Aya, ulduza hürən
Quduz, sümsək itləri,
Yaxşını da, pisi də,
Qurumu da, hisi də
Görə-görə gəlmişik.
Deməyin gözümüz kor,
Qulağımız da kardır.
Tünd rəng yoxdur qaradan.
Görüb meyanı dardır
Vicdan çıxıb aradan, –
Insanlığı sarsıdan
Qara saata, günə,
Qara yerə gəlmişik.
Bir addımlığımızda
Ağır günlər keçirir,
Iran odlar içində.
Bağlanıb çox kitablar.
Çox suala cavablar
Qapılar arxasında, –
Dərin qatlar içində.
Şəhərlər dağıdılır,
Körpə uşaqlar ölür, –
Ürəyimiz ağrıyır,
Dara, şişə çəkilir. –
Ölən, itən insandır! –
Bizim qəlbimiz qandır.
Orda haray salmayın,
Paslı bir tüfəng ilə
Bizi nişan almayın.
Iftiraya az uyun –
Havadan nəm çəkməyin.
Zəhləmizi tökməyin.
Qulağınızı qoyun
Arazın sinəsinə.
Ariflərin sözüdür,
Düşmənin yazdığını
Oxuyun tərsəsinə.
Başqası nə deyirsə
Hansı əfsanədir.
Zora haqq qazandıran,
Zorun əlindən tutub
Yolunda şam yandıran
Yalandır, bəhanədir.
Araz pərişan axır.
Qəlbinin işığında
Bu gen dünyaya baxır.
Yaxşı, yamanı görür,
Qatılaşan zülməti,
Sökülən danı görür.
Ah çəkib, köks ötürüb
Araz şahidlik edir:
Orda kimlər satqındır,
Qılınc, qalxan götürüb
Kimlər igidlik edir?!..
Şeir.
Arazın o tayında
Ölən Mübarizindir,
Itən Mübarizindir.
Gülü yarpıza dönən,
Iki yerə bölünən
Vətən Mübarizindir.
Ağıllı, qanacaqlı
Oğul idi Mübariz.
Yurd-yuvasına bağlı
Oğul idi Mübariz.
Ən qəti söz, son qərar,
Meydan Mübarizindir,
Iman yerimizdir O.
Daşan səbrimizdir O.
Müasirimizdir O.
Bu şən, işıqlı həyat,
Cahan Mübarizindir.
Çox götür-qoy eləyib,
Çox təlaş keçirmişdi.
Mübariz ölüm-dirim
Savaşına girmişdi.
O, yaxşı bilirdi ki,
Bu döyüş nə döyüşdü
Qoluna qüvvət gəldi,
Qeyrət oduna düşdü,
Ürəyi oldu rövşən. –
Ona, o qəhramana –
Cəsur, məğrur insana
Gün kimi aydın idi.
Girdiyi bu döyüşdən
Salamat çıxmayacaq.
Bu, heç eşidilməmiş,
Tarixdə görünməmiş,
Nadir bir döyüş idi.
Şanlı ölkəmiz üçün
Ruhi yüksəliş idi,
Pərvaz, pərvəriş idi,
Deyirəm, cürətə bax!
Hünərə, qeyrətə bax!..
O cür ağır döyüşdə
Mübariz özü idi
Komandan da, əsgər də,
Onun əzmi, hünəri
Coşdurdu könülləri, –
O gün bayram elədi
Bütün Turan elləri.
Adı bir dastan oldu
Ağızlarda, dillərdə.
Onda olan rəşadət,
Vətənpərvərlik ruhu
Darmadağın elədi
Dəşətli bir güruhu.
Öz torpaq sevgisindən
Güc alanda Mübariz,
Şəhidlik zirvəsinə
Ucalanda Mübariz
Kimin ağlı kəsərdi,
Kim gözləyirdi bunu?!..
Tarix onda tanıdı
Kimin kim olduğunu.
Vətəndaş
ə z ə m ə t i m
Qardaş, sirdaş görmürdü,
O yan mürgüləyirdi,
Quyruq ələ vermirdi,
Bu yan baş girləyirdi.
Əl üzmüşdük dünyanın
Şaxtalı şimalından,
Qaragüruh qərbindən.
Yumruğumun zərbindən.
Yer oynadı yerindən.
Kainat sirkələndi
Ulduzlar yandı, söndü,
Toplandı, səpələndi,
Doğrandı, ləpələndi
Doğdu Ayın təzəsi.
Boş, yiyəsiz qalmadı
Zülfüqarın qəbzəsi.
...Biz kimlərdən qorunub
Kimlərə inanmışıq?
Daim, əsrlər boyu
Qan qoxulu işlərdən
Qaçıb gen dolanmışıq.
Qorxaqlıqmı etmişik?
Yuxuyamı getmişik?
Günahımız nə idi? –
Xalqımız qatil deyil
Rahat, dinc işlərdə də
Qızğın döyüşlərdə də
Adil, mərdanə idi.
Nankor, azğın, kəmfürsət
Düşmənimizi adi
Qulağına dəymişdi.
Boynumuza gəlmişdi –
Boynumuzu əymişdi
Tökülən qanımızın
Bədəli, kəffarəsi.
Əsil-nəsəb, nəcabət,
Əcdad məfkurəsinin
Fırtınası, nərəsi
Vulkanı, fəvvarəsi
Balıq sevdası deyil
Dərin, dibsiz dəryada.
Min dörd yüz il sonra da
Ali bir doğmalığın
Əli əlimi sıxdı.
Kimliyin aydınlaşdı
Qüdrətim üzə çıxdı.
Günəş kimi parladı,
Dünyanın gözlərini
Yenə də qamaşdırdı.
Dostları sevindirdi,
Düşmənləri çaşdırdı.
Nə qədər bəxtiyaram!
Var idim, yenə varam!
Cansız bədənimdən də
Düşmən qorxur, çəkinir,
Əsir, titrəyir zağ-zağ.
Qasırğalar qoparan,
Yağı bağrını yaran
Vətəndaş əzəmətim,
Qamətim, qiyafətim
Əbədi yaşayacaq
Vətəndaş Mübarizin
Möhkəm-möhkəm “bağlanmış”
Pəhlivan qollarında,
Qəhrəman qollarında.
EPİLOQ
Sən mənə can dedin,
can Ermənistan!
Mikayıl Müşfiq.
Istədik, istəmədik,
Budur dünyanın işi. –
Mübarizin qeybdən
Şərəfsiz erməniyə
Qisa bir sifarişi:
-A köhnə kirvəm, qağam
Çox danışmayacağam.
Bilirəm, az da olsa,
Dərin, dayaz da olsa
Bu gün burda səninlə
Ağız-ağıza verib,
Özümə rəva görüb
Etdiyim bu ixtilat
Məni buraxmayacaq
Məzarımda da rahat.
O soyuq qış axşamı
Xocalı qətliamı, –
O qan olmamalıydı.
Dədə-babadan qalma
Bizim köhnə yurdumuz
Viran olmamalıydı.
Murdarlığın bu qədər
Açıq olmamalıydı.
O, nə faciə idi?
Zulm, işgəncə idi?
Orda bir koma belə,
Ev yıxılmamalıydı.
Öz isti ocağından
Qaçqın, didərgin düşüb
El dağılmamalıydı.
O, qarda, qiyamətdə,
Qaranlıqda, zülmətdə
Körpəm donmamalıydı.
Gözlərim yaşla dolub
Belim sınmamalıydı.
Axı tabağımız bir,
Dostumuz, düşmənimiz,
Əziz qonağımız bir, –
Cani bir qardaş idik.
Biz bir-birimizin
Gözlərinin üstündə
Bir gur çatmaqaş idik
Bir çətirin altında
Nur idik, işıq idik
Bütün dünya üzünə
Bəzək, yaraşıq idik.
Dost da, yad da görürdü,
Çırağının işığı
Mənə ilham verirdi.
Hər dəfə rastlaşanda
Hörmətlə, ehtiramla,
Mənə baş endirirdin,
Məni xöş dindirirdin,
Məndən tanış-bilişə
Salam da göndərirdin
Ziyanımız nə idi? –
Baban nə itirmişdi,
Özün nə itirirdin?!
Mənim sənin yanında
Günahım bu idi ki,
Bəxtim gətirməmişdi.
Şər izimə düşmüşdü.
Bir cəllad əyləşmişdi
Hökmdarlıq taxtında.
Əlimin boş vaxtında.
O cəlladın yanında
Sözün keçdi, qudurdun.
Vicdanı yelə verdin,
Min bəhanə gətirdin
Mənə min tələ qurdun.
Çox namərdlik elədin,
Kəmfürsətlik elədin,
Məni arxadan vurdun.
Niyə fitvaya getdin? –
Mənə xəyanət etdin?..
Abır, həya bilmirsən,
Daha sənə nə deyim?
Bu üz, bu sifət ilə
Sənin kimi əclafdan
Mən nə cavab gözləyim?
Bir də mənim üzümə
Necə çıxa bilərsən?
Qardaş deyib gözümə
Necə baxa bilərsən?
Özün ağırlığında
Qızıl olsan da, yenə
Lazım deyilsən mənə.
Xatırladımmı sənə? –
Gözümün qabağında
Bütün həyatın boyu
Sağa, sola vurnuxub,
Min bir oyundan çıxıb
Dır-deşik axtarmısan
Qorxaq bir sıçan kimi,
Təhlükədən qurtarıb
Başın açılan kimi
Yenə meydan vermisən
Eyibə, rəzalətə,
Cummusan xəyanətə.
Çıx get, boylanma bəri
Sovuşdur əsrləri
O murdar sifətini
Gözüm görməsin deyə
Başım sinəmə endi.
Bilirəm, bir də onun
Qalxmağı çox çətindi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB