“Azərbaycan-Türkiyə münasibətləri regional təhlükəsizliyin önəmli sütunlarındandır” -TAHİR BUDAQOV
“15 iyun Azərbaycan xalqı və dövləti üçün olduqca böyük əhəmiyyətə malik iki mühüm hadisə ilə əlamətdardır. Bundan 33 il əvvəl – 1993-cü ilin iyunun 15-də xalqımızın Ümummilli Lideri, müdrik dövlət xadimi Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçilmiş və həmin gün tariximizə Milli Qurtuluş Günü kimi əbədi həkk olunmuşdur. Bu, Azərbaycan dövlətçiliyinin xilası, real müstəqilliyin təmini və qorunub saxlanılması baxımından taleyüklü dönüş nöqtəsi olmuşdur”.
SİA xəbər verir ki, bu sözləri YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov iyunun 15-də Şuşa şəhərində Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə Milli Qurtuluş Gününə və Şuşa Bəyannaməsinin imzalanmasının 5 illiyinə həsr olunmuş beynəlxalq konfrans çərçivəsində “Sülh quruculuğu mexanizmləri: Qlobal çağırışlar fonunda partiya diplomatiyası” mövzusunda panel sessiyasında bildirib.
Onun sözlərinə görə, vaxtilə dünyanın aparıcı geosiyasi güc mərkəzlərindən biri olan SSRİ-nin süqutundan sonra müstəqilliyini bərpa etmiş Azərbaycan ötən əsrin 90-cı illərinin əvvəllərində digər bir sıra postsovet ölkələri kimi ağır sınaqlarla üzləşmişdi:
Tahir Budaqov qeyd edib ki, daxili siyasi böhranın və iqtisadi tənəzzülün dərinləşməsi, qarşıdurmaların və separatizm meyillərinin güclənməsi, xarici təhdidlərin artması fonunda Ermənistanın hərbi təcavüzü Azərbaycanın parçalanması, hətta dünya xəritəsindən silinməsi təhlükəsini meydana çıxarmışdı. Belə bir mürəkkəb şəraitdə Heydər Əliyev xalqın tələbi ilə siyasi hakimiyyətə qayıtmış və Azərbaycanı tənəzzüldən xilas edərək tərəqqi yoluna çıxarmışdır”.
YAP rəsmisi çıxışında həmçinin diqqətə çatdırıb ki, 15 iyun tarixi həm də “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”nin imzalanması ilə əlamətdardır:
“5 il əvvəl – 2021-ci il iyunun 15-də imzalanmış Şuşa Bəyannaməsi bölgədə sülhün, sabitliyin, təhlükəsizliyin və əməkdaşlığın təşviqinə xidmət edən və gələcəyə konseptual-strateji baxışı ortaya qoyan bir sənəddir. Bəyannamənin imzalanması ilə keyfiyyətcə yeni mərhələyə yüksələn Azərbaycan-Türkiyə münasibətləri bu gün regional təhlükəsizlik arxitekturasının ən önəmli sütunlarından biri kimi çıxış edir.
Tahir Budaqovun sözlərinə görə, bu gün iftixarla söyləyirik ki, Heydər Əliyevin “bir millət, iki dövlət” fəlsəfəsinə əsaslanan Şuşa Bəyannaməsi Ümummilli Liderimizin əbədiyaşar ideyalarını özündə əks etdirən Milli Qurtuluş məfkurəsinin müasir geosiyasi şəraitdə məntiqi davamıdır.”
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB