Mərkəzi Gömrük Hospitalında Vətən müharibəsi qazisi Misir Axundovun həyata qayıdışında həkimlərin mühüm rolu
Vətən müharibəsi qazisi Misir Axundovun həyat hekayəsi insan iradəsinin, həyat eşqinin və həkimlərin fədakarlığının təsirli nümunəsidir. Döyüş meydanında ağır yaralanan, şəhid olduğu zənn edilərək morqa aparılan qazi üç gün sonra sağ olduğu müəyyən edildikdən sonra dərhal vertolyotla Mərkəzi Gömrük Hospitalına çatdırılır.
Ağır yaralanan və 17 gün komada qalan gənc qazinin həyata qayıdışında peşəkar tibbi yardım mühüm rol oynayıb. Misir Axundov Mərkəzi Gömrük Hospitalının neyrocərrahı Elçin Abbaszadə və Urologiya şöbəsinin rəisi, uzman uroloq Bəhruz Xalıqov tərəfindən əməliyyat olunub.
Uzun sürən mürəkkəb əməliyyatlardan sonra reanimasiya şöbəsinə yerləşdirilən Misir Axundov 17 gün komada qalıb. Onun müalicəsində Mərkəzi Gömrük Hospitalının rəisi-Baş həkim Bəxtiyar Musayev, Əməliyyatxana, Anesteziologiya və Reanimasiya şöbəsinin rəisi, anestezioloq-reanimatoloq Tural Sadıqov, şöbənin anestezioloq-reanimatoloqları Mehdi Əliyev, Xəyal Məmmədov, ,Rəşad Nəsirli, Şahin Mazanov, Sevda Quliyeva və Könül Həsənova, eləcə də şöbənin bütün tibb personalı, uzman həkim-nevropatoloq Arzu Məhərrəmova və Nefrologiya və Efferent Terapiya şöbəsinin rəisi, nefroloq Mirmənsim Məmmədov iştirak ediblər.
Mərkəzi Gömrük Hospitalında 17 günlük komadan sonra gözlərini açdıqda otaqda rus dilində danışan iki nəfəri görən Misir Axundov əsir düşdüyünü zənn edib. Onun yaddaşında xüsusi yer tutan Mərkəzi Gömrük Hospitalının Əməliyyatxana, Anesteziologiya və Reanimasiya şöbəsinin tibb bacısı Hicran Tağıyevanın qayğıkeş münasibəti və təsəlliverici sözləri isə bu çətin günlərdə mənəvi dəstəyin nə qədər vacib olduğunu göstərir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB