Vüqar Zifəroğlu Mətbuat Şurasının yeni sədri seçilib

Vüqar Zifəroğlu Mətbuat Şurasının yeni sədri seçilib

Vüqar Zifəroğlu Azərbaycan Mətbuat Şurasının (MŞ) yeni sədri seçilib.

SİA xəbər verir ki, bu barədə qərar Azərbaycan Jurnalistlərinin IX Qurultayında qəbul olunub.

Belə ki, qurultayda yeni seçilən İdarə Heyətinin qərarı ilə Vüqar Zifəroğlunun namizədliyi Mətbuat Şurasının sədri vəzifəsinə irəli sürülüb.

Səsvermənin nəticələrinə əsasən, Vüqar Zifəroğlu Mətbuat Şurasının yeni sədri seçilib.

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə