Şavkat Mirziyoyevin Azərbaycana işgüzar səfəri başa çatıb - MƏLUMAT

Şavkat Mirziyoyevin Azərbaycana işgüzar səfəri başa çatıb - MƏLUMAT

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycana işgüzar səfərini başa çatdırıb və Daşkəndə yola düşüb. Bu barədə SİA prezidentin mətbuat xidmətinə istinadən xəbər verir.

"Prezident Şavkat Mirziyoyev Azərbaycana məhsuldar işgüzar səfərini başa çatdırıb. Heydər Əliyev adına Beynəlxalq Hava Limanında onu Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev və digər rəsmi şəxslər yola salıblar. Özbəkistan Prezidenti Daşkəndə yola düşüb", - məlumatda bildirilib.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə