Şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə yeni mənzillər təqdim olunur - FOTOLAR
6 noyabr tarixində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə yeni mənzillər təqdim olunur.
SİA xəbər verir ki, mənzillərin təqdim edilməsi mərasimi Bakının Binəqədi rayonunda yerləşən MİDA Yaşayış Kompleksində keçirilir.
Tədbir şəhid ailələrinin və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, sosial müdafiəsinin gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərin davamıdır.
Dövlət tərəfindən bu kateqoriyadan olan şəxslərin mənzil təminatının yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.
Müəllif: Lətifə Musayeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB