“Çini idarə etməyin açarı Kommunist Partiyasının özünün idarə olunmasındadır” - SƏFİR

“Çini idarə etməyin açarı Kommunist Partiyasının özünün idarə olunmasındadır” - SƏFİR

Çin Kommunist Partiyasının Mərkəzi Komitəsinin V Plenumunun yekunlarına dair kommunikedə Si Cinpinin partiya quruculuğu ilə bağlı irəli sürdüyü ideya rəsmi şəkildə təsbit olunub.

SİA xəbər verir ki, bunu Çin Xalq Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri Lu Mey Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin V Plenumunun yekunlarına dair brifinqdə deyib.

O bildirib ki, sözügedən ideya yeni dövrdə partiya quruculuğunun yeni böyük layihəsinin daha da dərinləşdirilməsi üçün əsas rəhbər prinsip və fəaliyyət istiqaməti kimi müəyyən edilib.

Səfirin sözlərinə görə, Çin Kommunist Partiyasının Baş katibi Si Cinpin Çini idarə etməyin əsasının partiyanın özünün idarə olunmasından, onun hərtərəfli və ciddi şəkildə idarə edilməsindən ibarət olduğunu vurğulayıb.

L.Mey qeyd edib ki, Çin Kommunist Partiyası 100 ildən artıq tarixə və 100 milyondan çox üzvə malik dünyanın ən böyük siyasi partiyasıdır. Onun fikrincə, düşüncədə vahid mövqe və aydın fəaliyyət istiqaməti olmadan partiyanın idarə olunması və ona rəhbərlik edilməsi mümkün deyil.

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə