Çin Kommunist Partiyası ilə Yeni Azərbaycan Partiyası arasında əlaqələrin möhkəmləndirilməsi və qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsi Çin-Azərbaycan münasibətlərinin inkişafına töhfə verəcək.
SİA xəbər verir ki, bunu Çin Xalq Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri Lu Mey Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin V Plenumunun yekunlarına dair brifinqdə deyib.
O bildirib ki, son illərdə Çin Xalq Respublikasının Sədri Si Cinpinin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şəxsi diqqəti və dəstəyi sayəsində Çin Kommunist Partiyası ilə Yeni Azərbaycan Partiyası arasında yüksək səviyyədə, konkret məzmunlu və müxtəlif formalarda fikir mübadiləsi aparılıb. Bu təmaslar Çin-Azərbaycan münasibətlərinin inkişafına səmərəli töhfə verib.
L.Mey qeyd edib ki, Yeni Azərbaycan Partiyasının VIII qurultayının uğurla başa çatması münasibətilə Çin tərəfi təbriklərini çatdırır.
Səfir vurğulayıb ki, Çin Kommunist Partiyası hakim partiyalar arasında institusional əlaqələrin möhkəmləndirilməsi, Si Cinpinin partiya quruculuğu ilə bağlı ideyalarının dərindən öyrənilməsi, qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsi istiqamətində Azərbaycan tərəfi ilə əməkdaşlığı inkişaf etdirməyə hazırdır.
Onun sözlərinə görə, bu əməkdaşlığın əsas məqsədlərindən biri hər iki partiyanın və dövlətin ölkəni idarəetmə qabiliyyətinin birgə artırılmasıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB