“AIREX 2026 sərgisi investorlar, memarlar və şirkətlər arasında əməkdaşlığı genişləndirir” -DEPUTAT DANIŞDI
“Bakıda keçirilən “AIREX 2026” – Birinci Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak Sərgisi şəhərsalmanın inkiaşfı baxımından mühüm əhəmiyyət kəsb edir”.
Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Könül Nurullayeva deyib.
Onun sözlərinə görə, 47 yerli və 14 xarici şirkətin iştirak etdiyi sərgi Azərbaycanın daşınmaz əmlak, tikinti və memarlıq sektorunun inkişaf perspektivlərini nümayiş etdirən mühüm beynəlxalq platformadır:
” Burada müasir yaşayış və kommersiya kompleksləri, iri investisiya layihələri, şəhərsalma konsepsiyaları, innovativ tikinti texnologiyaları və daşınmaz əmlak bazarının yeni imkanları təqdim olunur.
Sərginin əsas əhəmiyyəti ondan ibarətdir ki, şəhərsalma kompleks sosial-iqtisadi inkişaf prosesi kimi nəzərdən keçirilir. Müasir şəhər modeli ekoloji tarazlığın qorunmasını, enerji səmərəliliyini, nəqliyyat əlçatanlığını, yaşıllıq zonalarının artırılmasını və sosial infrastrukturun inkişafını özündə birləşdirir. Bu yanaşma Azərbaycanın urbanizasiya siyasətinin də əsas istiqamətlərindəndir.
Xüsusilə Bakıda həyata keçirilən genişmiqyaslı yenidənqurma və müasir şəhərsalma layihələri paytaxtın memarlıq simasının yenilənməsinə xidmət edir. Bununla yanaşı, işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işləri, müasir yaşayış məhəllərinin salınması, “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının tətbiqi beynəlxalq miqyasda da təqdir olunur. “AIREX 2026” sərgisinin digər mühüm tərəfi yerli və xarici investorlar, tikinti şirkətləri, memarlar və sektorun peşəkarları arasında əməkdaşlıq imkanlarını genişləndirməsidir. Bu platforma beynəlxalq təcrübənin öyrənilməsi, investisiyaların cəlb olunması, yeni layihələrin təşviqi və ölkənin daşınmaz əmlak bazarının inkişafı baxımından əhəmiyyət daşıyır.
Ümumiyyətlə, 2026-cı ilin Azərbaycanda “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ölkənin müasir inkişaf strategiyasında şəhər mühitinin yenilənməsinə, yaşayış infrastrukturunun təkmilləşdirilməsinə və memarlıq irsinin qorunmasına verilən xüsusi əhəmiyyətin göstəricisidir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB