“Çin-Azərbaycan münasibətləri dinamik inkişaf edir və böyük potensiala malikdir” - Səfir
Çin və Azərbaycan arasında münasibətlər cari ildə iki dövlət başçısının strateji rəhbərliyi altında dinamik inkişaf edir və yeni nailiyyətlər üçün geniş potensiala malikdir.
SİA xəbər verir ki, bunu Çin Xalq Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri Lu Mey Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin V Plenumunun yekunlarına dair brifinqdə media nümayəndələrinin suallarını cavablandırarkən deyib.
O bildirib ki, hər iki ölkənin müvafiq qurumları dövlət başçıları tərəfindən əldə olunmuş mühüm razılaşmaların həyata keçirilməsi məqsədilə sıx koordinasiyalı fəaliyyət göstərirlər.
Səfirin sözlərinə görə, bu əməkdaşlıq Çin-Azərbaycan əlaqələrinin daha da inkişafına və ikitərəfli münasibətlərdə yeni nailiyyətlərin əldə olunmasına töhfə verir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB