“Çin Azərbaycanın müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir” - Səfir
Azərbaycan və Çin arasında siyasi qarşılıqlı etimad möhkəmlənir, iki ölkə beynəlxalq və regional məsələlərdə əməkdaşlığı genişləndirməyə hazır olduqlarını nümayiş etdirirlər.
SİA xəbər verir ki, bunu Çin Xalq Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri Lu Mey Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin V Plenumunun yekunlarına dair brifinqdə media nümayəndələrinin suallarını cavablandırarkən deyib.
O bildirib ki, Prezident İlham Əliyev Çin Xalq Respublikasının xarici işlər naziri Van İ ilə görüşündə Azərbaycanın vahid Çin prinsipinə qətiyyətlə sadiq olduğunu və Çin Xalq Respublikasının Sədri Si Cinpin tərəfindən irəli sürülmüş bir sıra qlobal təşəbbüsləri hərtərəfli dəstəklədiyini bir daha təsdiqləyib.
Səfir qeyd edib ki, dövlət başçısı Çinin beynəlxalq ədalətin və çoxtərəfliliyin qorunmasına sadiqliyini yüksək qiymətləndirib, beynəlxalq və regional məsələlərdə Çinlə koordinasiya və əməkdaşlığın gücləndirilməsinə hazır olduğunu ifadə edib.
L.Mey vurğulayıb ki, Çin tərəfi Azərbaycanın Çinin fundamental maraqlarına toxunan məsələlərdə uzunmüddətli və qətiyyətli dəstəyini yüksək qiymətləndirir. O əlavə edib ki, Çin bundan sonra da Azərbaycanın müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumasını, milli xüsusiyyətlərinə uyğun inkişaf yolunu seçməsini dəstəkləyəcək.
Onun sözlərinə görə, qlobal Cənub ölkələri olan Azərbaycan və Çin BMT də daxil olmaqla, çoxtərəfli formatlarda səmərəli əməkdaşlıq edir, həqiqi çoxtərəfliliyi təşviq edir və beynəlxalq ədaləti müdafiə edirlər.
Səfir, həmçinin Çinin Azərbaycanın 2026–2028-ci illərdə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə (AQEM) sədrliyini və Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzvlüyünü dəstəklədiyini bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB