“Çin Kommunist Partiyasının təcrübəsi digər ölkələr üçün də praktiki əhəmiyyət daşıyır” - SƏFİR
Çin Kommunist Partiyasının quruculuğu və idarə olunması ilə bağlı irəli sürülən “14 prinsip” partiyanın hərtərəfli və ciddi şəkildə idarə edilməsinin elmi sistemini formalaşdırıb.
SİA xəbər verir ki, bunu Çin Xalq Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri Lu Mey Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin V Plenumunun yekunlarına dair keçirilən brifinqdə deyib.
O bildirib ki, bu yanaşma korrupsiyaya yol vermədən uzunmüddətli idarəetmənin təmin edilməsi, xalqla əlaqələrin qorunması, partiyanın canlılığının saxlanılması və davamlı təkmilləşmənin həyata keçirilməsi kimi mühüm məsələlərə sistemli şəkildə cavab verir.
Səfir qeyd edib ki, sözügedən ideya partiyanın idarə olunması və ona rəhbərlik edilməsi istiqamətində özünütənqid və özünüislahı əsas götürən fərqli yanaşma təqdim edir.
L.Mey vurğulayıb ki, Çin Kommunist Partiyasının bu sahədəki təcrübəsi dünyanın müxtəlif ölkələrinin siyasi partiyaları üçün özünüidarəetmə problemlərinin öyrənilməsi və həlli baxımından faydalı praktiki nümunədir. Onun sözlərinə görə, bu təcrübə digər ölkələrin siyasi partiyalarının idarə olunmasına “Çin Kommunist Partiyasının müdrikliyi”ni və həll yollarını təqdim edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB