“Çin və Azərbaycan diplomatik münasibətlərin 35 illiyinə mühüm razılaşmalarla hazırlaşır” - Səfir

“Çin və Azərbaycan diplomatik münasibətlərin 35 illiyinə mühüm razılaşmalarla hazırlaşır” - Səfir

Gələn il Çin və Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 35-ci ildönümü qeyd olunacaq. Bu əlamətdar tarix iki ölkə arasında əldə olunmuş razılaşmaların həyata keçirilməsi, qarşılıqlı dəstəyin möhkəmləndirilməsi və əməkdaşlığın yeni istiqamətlərinin inkişafı baxımından mühüm fürsətdir.

SİA xəbər verir ki, bunu Çin Xalq Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri Lu Mey Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin V Plenumunun yekunlarına dair brifinqdə media nümayəndələrinin suallarını cavablandırarkən deyib.

O bildirib ki, Çin və Azərbaycan arasında hərtərəfli strateji tərəfdaşlıq münasibətləri geniş və perspektivli imkanlar açır. Çin tərəfi diplomatik münasibətlərin qurulmasının 35-ci ildönümünü iki ölkə arasında əlaqələrin daha da inkişaf etdirilməsi üçün əlverişli fürsət kimi qiymətləndirir.

L.Mey qeyd edib ki, bu əlamətdar tarix münasibətilə tərəflər dövlət başçıları arasında əldə olunmuş mühüm razılaşmaların tam şəkildə həyata keçirilməsi, qarşılıqlı dəstək və dostluq ənənələrinin inkişaf etdirilməsi, modernləşmə və inkişaf sahəsində mövcud imkanlardan birgə yararlanmaq istiqamətində əməkdaşlığı genişləndirə bilərlər.

Səfir vurğulayıb ki, Çin tərəfi Çin-Azərbaycan münasibətlərinin gələcək inkişafına daha böyük töhfə vermək məqsədilə Azərbaycanla birgə fəaliyyət göstərməyə hazırdır.

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə