Müasir dünyada qeyri-sabitlik və qeyri-müəyyənlik artır, qlobal çağırışlar isə sülh, inkişaf, təhlükəsizlik və idarəetmə sahələrində yeni yanaşmaların tətbiqini zəruri edir.
SİA xəbər verir ki, bunu Çin Xalq Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri Lu Mey Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin V Plenumunun yekunlarına dair brifinqdə media nümayəndələrinin suallarını cavablandırarkən deyib.
O bildirib ki, hazırda dünya son yüz ildə görünməmiş sürətlə dərin dəyişikliklər yaşayır. Beynəlxalq vəziyyət qeyri-sabitlik və qeyri-müəyyənliyin bir-biri ilə çulğalaşması, qlobal çağırışların isə ardıcıl şəkildə meydana çıxması ilə xarakterizə olunur. Bununla yanaşı, sülh, inkişaf, təhlükəsizlik və idarəetmə sahələrində mövcud çatışmazlıqlar getdikcə artır.
Səfir qeyd edib ki, dövrümüzün aktual məsələlərinə cavab olaraq Çin Xalq Respublikasının Sədri Si Cinpin Qlobal İnkişaf Təşəbbüsünü, Qlobal Təhlükəsizlik Təşəbbüsünü, Qlobal Sivilizasiya Təşəbbüsünü və Qlobal İdarəetmə Təşəbbüsünü irəli sürüb.
L.Meyin sözlərinə görə, inkişaf, təhlükəsizlik, sivilizasiya və idarəetmə olmaqla dörd əsas istiqaməti əhatə edən bu təşəbbüslər qlobal çağırışların aradan qaldırılmasına və bəşəriyyət üçün vahid taleyə malik birliyin qurulmasına töhfə verməyə yönəlmiş kompleks yanaşmadır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB