“Azərbaycan Çinlə süni intellekt sahəsində əməkdaşlığı fəal şəkildə dəstəkləyir” - Səfir
Azərbaycan və Çin süni intellekt sahəsində qlobal idarəetmə məsələlərinə dair oxşar mövqelər bölüşür və bu istiqamətdə beynəlxalq əməkdaşlığın genişləndirilməsində maraqlıdırlar.
SİA xəbər verir ki, bunu Çin Xalq Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri Lu Mey Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin V Plenumunun yekunlarına dair brifinqdə media nümayəndələrinin suallarını cavablandırarkən deyib.
O bildirib ki, Çin və Azərbaycan Qlobal Cənub ölkələri kimi qlobal idarəetmə, o cümlədən süni intellekt məsələlərində bir-birinə yaxın mövqelərə malikdirlər.
Səfir qeyd edib ki, Azərbaycan tərəfi Çinin süni intellekt sahəsində irəli sürdüyü təşəbbüsləri fəal şəkildə dəstəkləyir. Ölkəmiz Çinin təşəbbüsü ilə yaradılmış Süni intellekt sahəsində potensialın artırılması üzrə beynəlxalq əməkdaşlıq üzrə Dostlar Qrupunun fəaliyyətində iştirak edir, fikir mübadiləsi aparmaq məqsədilə müvafiq seminarlara və tədbirlərə nümayəndələr göndərir.
L.Mey vurğulayıb ki, Çin tərəfi 2026-cı il Ümumdünya Süni İntellekt Konfransında irəli sürülmüş müvafiq əməkdaşlıq tədbirlərində Azərbaycanın iştirakına dəstək göstərəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB