“Azərbaycan üzərindən keçən Çin–Avropa konteyner qatarlarının sayı yeni rekorda çatacaq” - Lu Mey
Azərbaycanın Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutundakı mövqeyi Çin–Avropa yükdaşımalarının inkişafında mühüm rol oynayır. Bu il ölkəmizin ərazisindən keçən Çin–Avropa konteyner qatarlarının sayının yeni rekorda çatacağı gözlənilir.
SİA xəbər verir ki, bunu Çin Xalq Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri Lu Mey Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin V Plenumunun yekunlarına dair brifinqdə media nümayəndələrinin suallarını cavablandırarkən deyib.
Səfir bildirib ki, Azərbaycan–Çin əməkdaşlığı təhsil sahəsində də inkişaf edir. Onun sözlərinə görə, Çində təhsil alan azərbaycanlı tələbələrin sayı təxminən 2 min nəfərə çatacaq.
Müəllif: Günel Fərzəliyeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB