Türkiyədə silahlı hücum baş verib, 7 nəfər ölüb

Türkiyədə silahlı hücum baş verib, 7 nəfər ölüb

Türkiyənin Afyonkarahisar bölgəsində fərqli yerlərdə 7 nəfərin meyiti tapılıb.

SİA-nın əldə etdiyi məlumata görə, iki ayrı ünvanda 5 nəfərin meyiti aşkarlanıb.

Başqa bir yerdə isə daha iki nəfərin güllələnmiş meyiti tapılıb. İki nəfərin isə yaralı olduğu barədə məlumat var.

İlkin istintaq nəticəsində məlum olub ki, 7 nəfərin hamısı tüfənglə öldürülüb.

Şübhəli şəxs və ya şəxslərin isə hadisə yerindən qırmızı rəngli avtomobillə qaçdığı qeyd olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə