“Süni intellekt qlobal idarəetmə sisteminin effektivliyini yoxlamaq üçün mühüm sınaqdır” - Səfir
Süni intellekt qlobal idarəetmənin yeni istiqamətlərindən biri olmaqla yanaşı, mövcud idarəetmə sisteminin effektivliyini yoxlamaq üçün mühüm sınaq meyarıdır.
SİA xəbər verir ki, bunu Çin Xalq Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri Lu Mey Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin V Plenumunun yekunlarına dair brifinqdə media nümayəndələrinin suallarını cavablandırarkən deyib.
O bildirib ki, daha ədalətli və rasional qlobal idarəetmə sisteminin qurulması Qlobal Cənub ölkələrinin kollektiv potensialının artırılmasını tələb edir. İnkişaf etməkdə olan ölkələrin beynəlxalq sistemdə təmsilçiliyi və söz haqqı real şəkildə gücləndirilməlidir.
Səfir qeyd edib ki, Çin bütün ölkələrin rəqəmsal suverenliyinə hörmətlə yanaşılmasının tərəfdarıdır. Onun sözlərinə görə, bütün dövlətlər süni intellekti müstəqil şəkildə inkişaf etdirmək üçün zəruri baza imkanlarına malik olmalı, öz xüsusiyyətlərinə və real ehtiyaclarına uyğun inkişaf yolu seçməlidirlər.
L.Mey vurğulayıb ki, süni intellekt yalnız texnoloji yenilik kimi deyil, real tətbiq sahələrində istifadə olunan, praktiki problemlərin həllinə xidmət edən və davamlı dəyər yaradan vasitə kimi inkişaf etdirilməlidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB