"Çin Kommunist Partiyasında kadr potensialının gücləndirilməsi prioritetdir" - Lu Mey
Çin Kommunist Partiyasının Mərkəzi Komitəsinin V Plenumunun yekunlarına dair qərarda partiya ruhunun möhkəmləndirilməsi, demokratik mərkəzləşmə prinsipinə ciddi riayət olunması və milli dirçəliş missiyasını üzərinə götürməyə qadir yüksək keyfiyyətli kadr potensialının formalaşdırılmasının vacibliyi vurğulanıb.
SİA xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri Lu Mey V Plenumun yekunlarına dair brifinqdə deyib.
Qeyd olunub ki, yuxarıdan aşağıya vahidliyi və qərarların səmərəli icrasını təmin edən ciddi təşkilati sistemin yaradılması da mühüm əhəmiyyət daşıyır.
Qərarda iş üslubunun və intizamın daha da möhkəmləndirilməsinin, “korrupsiyaya cəsarət etməmək, korrupsiyaya imkan tapmamaq və korrupsiya etmək istəməmək” mexanizminin kompleks şəkildə və ardıcıl inkişaf etdirilməsinin zəruriliyi qeyd olunub.
Bununla yanaşı, partiyanın institusional əsaslarla, partiyadaxili norma və qaydalara uyğun idarə olunması prinsipinə sadiq qalınması, partiya və dövlət nəzarəti sisteminin təkmilləşdirilməsi, eləcə də rəhbərlik və idarəetmə üzrə məsuliyyətin ardıcıl və qətiyyətlə gücləndirilməsi vacib hesab edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB