Bu ölkədə bank iflasına görə prezident istefa verib

Bu ölkədə bank iflasına görə prezident istefa verib

Paraqvay prezidenti Santyaqo Penya Ueno Bankın iflasından sonra istefa verdiyini açıqlayıb. SİA xəbər verir ki, bankın təxminən 3 milyon müştərisinin hesabları dondurulub.

Penya qərarını ölkədə sabitliyin, ictimai asayişin və demokratik institutların qorunması zərurəti ilə əsaslandırıb. O, vətəndaşlardan üzr istəyərək əmanətlərin geri qaytarılmasına və dövlət vəsaitlərinin qorunmasına nail olunmasının əsas prioriteti olduğunu bildirib.

Paraqvay Konstitusiyasına əsasən, prezident istefa verdikdə onun səlahiyyətlərini vitse-prezident icra etməlidir.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə