Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycanın dövlət müstəqilliyinin bərpasının tarixi əhəmiyyətindən və ölkəmizin müstəqil dövlət kimi keçdiyi inkişaf yolundan danışıb.
SİA xəbər verir ki, o, parlamentin bugünkü plenar iclasında 1991-ci il oktyabrın 18-də Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktının qəbulunu Azərbaycanın dövlətçilik tarixinin mühüm hadisəsi kimi qiymətləndirib.
Sahibə Qafarova qeyd edib ki, 1993-cü ilin iyununda Heydər Əliyevin hakimiyyətə qayıdışı ölkənin üzləşdiyi parçalanma təhlükəsinin aradan qaldırılmasında, ictimai-siyasi sabitliyin bərpasında və dövlət institutlarının möhkəmləndirilməsində həlledici rol oynayıb. Onun sözlərinə görə, Heydər Əliyevin həyata keçirdiyi siyasət dövlət müstəqilliyinin möhkəmləndirilməsinə, ölkənin siyasi, iqtisadi və hüquqi əsaslarının gücləndirilməsinə xidmət edib.
Milli Məclisin sədri İlham Əliyevin prezident seçilməsindən sonra Azərbaycanın dövlətçilik tarixində yeni inkişaf mərhələsinin başlandığını vurğulayıb. O bildirib ki, 44 günlük Vətən müharibəsində və birgünlük antiterror əməliyyatında əldə olunan tarixi qələbələr nəticəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam bərpa edilib. Bu nailiyyətlər ölkənin gələcək inkişafı üçün yeni siyasi və strateji imkanlar yaradıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB