Bakıda Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilib - YENİLƏNİB/FOTOLAR

Bakıda Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilib - YENİLƏNİB/FOTOLAR

Oktyabrın 16-da Azərbaycan Mətbuat Şurasının təşkilatçılığı ilə Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilib.

SİA xəbər verir ki, qurultayın açılışını Mətbuat Şurasının sədri Rəşad Məcid edib. Ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Qurultayda ümumilikdə 225 nümayəndə iştirakını təsdiqləyib. Tədbir çərçivəsində Azərbaycan Mətbuat Şurasının fəaliyyətinə dair hesabatlar dinlənilib, ölkə mediasının mövcud vəziyyəti, inkişaf perspektivləri və qarşıda duran vəzifələr müzakirə olunub.

Mətbuat Şurasının İdarə Heyətinin üzvləri çıxışlarında milli mətbuatın inkişafı, media sahəsində əldə olunan irəliləyişlər və Şuranın bu istiqamətdə gördüyü işlər barədə danışıblar. Çıxışlarda jurnalistlərin peşə fəaliyyətinin təşkili, media mühitinin təkmilləşdirilməsi və mətbuatın qarşısında duran aktual məsələlərə də toxunulub.

Qurultayda “525-ci qəzet”in baş redaktorunun müavini Seyfəddin Hüseynli iştirakçılar adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə ünvanlanan müraciəti səsləndirib.

Qurultayın əsas məsələlərindən biri Azərbaycan Mətbuat Şurasının yeni İdarə Heyətinin seçilməsi olub. Seçkilərin nəticələrinə əsasən, Şuranın növbəti fəaliyyət dövründə təmsil olunacaq yeni İdarə Heyətinin üzvləri müəyyənləşdirilib.

Səsvermə yolu ilə formalaşdırılan İdarə Heyətinin tərkibinə 23 nəfər daxildir.

MŞ İdarə Heyətinin jurnalistlər arasından seçilən üzvləri aşağıdakılardır:

Hacıbəy Heydərli – "Azxeber.com" saytı;

Orxan Amaşov – AnewZ;

Səadət Məmmədova – ATV;

Nurşən Quliyev – APA;

Vüqar Rəhimzadə - "İki sahil" qəzeti;

Elşad Eyvazlı – Modern Media Qrupu;

Seyfəddin Hüseynli – "525-ci qəzet";

Qalib İbrahimoğlu – "Bakivaxti.az" saytı;

Fərid Şahbazlı – "Editor.az" saytı;

Elçin Alıoğlu – "Trend" İA;

Anar Tahirov – "Bizim.media" saytı;

Vəfa Həmzəyeva - Real TV

Elmira Musazadə - CBC

Hümbət Musayev- Xalq qəzetinin baş redaktorunun birinci müavini

Vüqar Zifəroğlu – BDU, Jurnalistika fakültəsi;

Müşfiq Ələsgərli – Jurnalistlərin Həmkarlar İttifaqı;

Əminə Yusifqızı – Veteran jurnalist;

Bəhruz Məmmədzadə - "Xüsusi təyinatlıların qaziləri, şəhid ailələri və veteranları" İctimai Birliyi;

Ayaz Mirzəyev - Azərbaycan Jurnalistləri Şəbəkəsi İctimai Birliyi

Fərid Pərdəşünas - Technote Media Şirkəti;

Könül Niftəliyeva – BDU, Jurnalistika fakültəsi

Azər Həsrət – Bayraqdar Media

Yeganə Hacıyeva – Gənc Demokratlar İnstitutu.

Qeyd edək ki, qurultayda Vüqar Zifəroğlu Azərbaycan Mətbuat Şurasının yeni sədri seçilib.

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə