Ağdaş, Bərdə və Yevlaxın bəzi ərazilərində elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq

Ağdaş, Bərdə və Yevlaxın bəzi ərazilərində elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq

Bu gün bir sıra rayon Elektrik Şəbəkələrində (EŞ) təmir işləri aparılacaq.

“Azərişıq” ASC-dən SİA-ya bildirilib ki, Ağdaşda 35 kV-luq "Pirkəkə" hava xəttində görüləcək təmir işləri zamanı Aşağı Nemətabad, Cüvə, Ərəbocağı, Hacılar, Korarx, Qolqəti, Qoşaqovaq, Qobuüstü, Pirkəkə, Şəkili, Yenikənd, Yuxarı Nemətabad kəndlərinin bir hissəsində saat 10:00-dan 14:00-dək elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.

Bərdənin Bəcirəvan, Hacallı, Xanağalı, Xanərəb, Xəsili kəndlərinin bəzi ərazilərində 35/6 kV-luq "Bəcirəvan" yarımstansiyasında həyata keçiriləcək təmir işləri ilə əlaqədar saat 10:00-dan 15:00-dək enerjinin verilişində qısa müddətli fasilə yaranacaq.

Yevlaxda 10 kV-luq hava xəttində yerinə yetiriləcək təmir işləri zamanı saat 10:00-dan 15:00-dək Qoyunbinəsi kəndində enerjinin verilişi məhdudlaşdırılacaq.

Görüləcək işlər həm də elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılmasına, həmçinin artan yük tələbatının qarşılanmasına xidmət edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə