Mikayıl Cabbarov və İslam İnkişaf Bankı Qrupunun prezidenti Bakı Konqres Mərkəzində olublar
Azərbaycan 16–19 iyun tarixlərində Bakıda "Davamlı rifah naminə regional inteqrasiya" mövzusu altında keçiriləcək İslam İnkişaf Bankı (IsDB) Qrupunun İllik Toplantılarına hazırlıq işlərini yekunlaşdırır. Təşkilatçıların mediada yer alan məlumatında deyilir ki, Azərbaycanın iqtisadiyyat naziri və IsDB İdarəçilər Şurasının sədri Mikayıl Cabbarov İslam İnkişaf Bankı Qrupunun prezidenti Məhəmməd Əl-Casser ilə birlikdə Bakı Konqres Mərkəzini ziyarət edərək son hazırlıq işləri ilə tanış olub. Səfər çərçivəsində onlar təşkilat komitəsinin üzvləri ilə görüşüb və bankın 57 üzv ölkəsindən gələcək nümayəndə heyətlərini qəbul etməyə hazırlıq səviyyəsini qiymətləndiriblər.
Gözlənilir ki, İllik Toplantılarda maliyyə, iqtisadiyyat, beynəlxalq inkişaf və planlaşdırma nazirləri, beynəlxalq maliyyə institutlarının, tərəfdaş təşkilatların və özəl sektorun nümayəndələri iştirak edəcəklər. Tədbirdə üzv ölkələrin qarşısında duran əsas sosial-iqtisadi çağırışlar, əməkdaşlığın prioritet istiqamətləri və onların həlli yolları müzakirə olunacaq.
Forumun proqramına İdarəçilər Şurasının iclasları, İdarəçilərin Dialoqu, IsDB Qrupunun prezidenti ilə "fireside chat" formatında görüş, IsDB Özəl Sektor Forumu, Çoxtərəfli İnkişaf Banklarının Biznes İmkanları Forumu, Ərəb Koordinasiya Qrupunun Özəl Sektor Sessiyası, həmçinin yüksəksəviyyəli dəyirmi masalar, sərgilər və təcrübə mübadiləsi tədbirləri daxildir.
Müzakirələrin əsas mövzuları sırasında islam maliyyəsi, ticarət və nəqliyyat əlaqələrinin genişləndirilməsi, gənclərin məşğulluğu, iqlim dəyişikliklərinə davamlılığın artırılması, rəqəmsal transformasiya, süni intellekt, sukuk bazarının inkişafı, innovasiyalar, səhiyyə təhlükəsizliyi və sosial müdafiə sistemlərinin təkmilləşdirilməsi yer alacaq.
Azərbaycan İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına ikinci dəfə ev sahibliyi edir. Təşkilatçıların fikrincə, bu, ölkə ilə IsDB arasında yüksək səviyyəli əməkdaşlığın göstəricisi olmaqla yanaşı, regional inteqrasiyanın, qarşılıqlı əlaqələrin və davamlı inkişafın təşviqinə yönəlmiş ümumi öhdəliyi də əks etdirir.
Mətləb
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Niyə sürücülər avtomobil açarlarını folqaya bükürlər..?
Maraqlı 21:27Şahzadə Diananın toyundan əvvəl baş verənlər...
Maraqlı 21:04Rusiyanın avtobus nəhəngi iflas həddindədir...
İqtisadiyyat 20:49Məktəbdə şagirdlər arasında insident baş verib
Sosial 20:36“Sabah” La Liqa komandası səviyyəsindədir”
Müsahibə 20:01Türkiyədə 4,5 bal gücündə zəlzələ baş verib
Dünya 19:55“Mən ruhumu dinləməyi öyrəndim”...
Sosial 19:48Qazaxıstan-Özbəkistan sərhədində tıxaclar var...
Dünya 19:26İlin ilk Super Ayı görünür
Sosial 18:45Şok rəqəmlər...
Dünya 18:2718 marşrutun hərəkət sxemi dəyişəcək...
Sosial 17:58Digər mühüm məqam isə gənc ailələrlə bağlıdır...
Sosial 17:29“Sizə bir sirr deyəcəyəm...”
Dünya 16:13Azərbaycanın inkişafında yeni dövr - TƏHLİL
Siyasət 15:27Qarabağsız, “Ararat”sız, problemsiz… - BAXIŞ BUCAĞI
Siyasət 15:02Milli Məclisin növbəti iclasının vaxtı açıqlanıb
Siyasət 14:43Rusiyaya kosmosdan hücum - RAKURS
Siyasət 13:51İdman və giriş qadağası
Dünya 13:38Sabah Azərbaycanda yağış yağacaq
Hadisə 13:14Azərbaycan muğamı Pakistan səhnəsində böyük rəğbətlə qarşılanıb
Mədəniyyət 11:08Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,8548
-0,65%
-
GBP
2,2166
-0,53%
-
RUB
2,0745
-0,31%



