Şuşada Milli Qurtuluş Gününə və Şuşa Bəyannaməsinin 5 illiyinə həsr olunmuş beynəlxalq konfrans keçirilir -YENİLƏNİR
İyunun 15-də Şuşa şəhərində Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə Milli Qurtuluş Gününə və Şuşa Bəyannaməsinin imzalanmasının 5 illiyinə həsr olunmuş beynəlxalq konfrans keçirilir.
SİA xəbər verir ki, “Qlobal təhlükəsizliyə regional töhfə: Cənubi Qafqazda sülh quruculuğu” mövzusunda təşkil edilən tədbirdə Milli Məclisin deputatları, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin, Təftiş Komissiyasının və Veteranlar Şurasının üzvləri, eləcə də xarici ölkələrdən dəvət olunmuş qonaqlar iştirak edirlər.
Konfransda regionda sülhün və təhlükəsizliyin möhkəmləndirilməsi, əməkdaşlıq imkanlarının genişləndirilməsi, eləcə də Cənubi Qafqazda davamlı inkişaf və sabitliyin təmin olunması istiqamətində fikir mübadiləsi aparılır. Tədbir çərçivəsində beynəlxalq münasibətlər, regional təhlükəsizlik və sülh quruculuğu ilə bağlı müxtəlif mövzularda müzakirələr keçirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB