Uşaqlarda allergiya, immunitet zəifliyi və tez-tez xəstələnmə hallarının artması nə ilə bağlıdır?
Son dövrlər uşaqlarda allergik xəstəliklərin, immunitetlə bağlı narahatlıqların və tez-tez xəstələnmə hallarının artması bir sıra amillərlə əlaqədardır. Lakin ilk növbədə qeyd etmək lazımdır ki, uşağın tez-tez xəstələnməsi hər zaman immunitetinin zəif olması demək deyil.
Bu sözləri SİA-ya pediatr Səbinə Məmmədova deyib.

O bildirib ki, xüsusilə bağçaya və məktəbə gedən uşaqlar il ərzində bir neçə dəfə virus infeksiyası keçirə bilərlər. Burada əsas məsələ xəstəliklərin ağırlığı, davametmə müddəti və uşağın xəstəliklər arasında tam bərpa olunmasıdır:
“Allergik xəstəliklərin yaranmasında irsi meyillilik, hava çirkliliyi, tütün tüstüsü, ev tozu, kif və digər ətraf mühit amilləri mühüm rol oynayır. Allergiya immunitetin zəifliyi deyil, immun sisteminin müəyyən maddələrə qarşı həddindən artıq reaksiyasıdır. Ətraf mühitin və həyat tərzinin dəyişməsi də allergik xəstəliklərin inkişafına təsir göstərə bilər”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB