İran və ABŞ arasında sabah sülh sazişi imzalanacaq? - Pakistan məlumat yaydı

İran və ABŞ arasında sabah sülh sazişi imzalanacaq? - Pakistan məlumat yaydı

Pakistan İran ilə ABŞ arasında sülh razılaşmasının imzalanma mərasimi barədə açıqlama yayıb. ISNA agentliyinin məlumatına görə, Pakistan Xarici İşlər Nazirliyinin (XİN) nümayəndəsi Tahir Hüseyn bəyan edib ki, "İran və ABŞ arasında videokonfrans vasitəsilə sülh razılaşmasının imzalanma mərasimi bazar günü keçiriləcək".

Pakistanın XİN-in sosial media hesabında da mərasimin 14 iyun, bazar günü keçiriləcəyi açıqlanıb. "Onlar (Pakistan və Səudiyyə Ərəbistanı xarici işlər nazirləri telefon danışığı zamanı - red.) elektron sazişin imzalanma mərasiminin sabah (14 iyun - red.) keçirilməsi planlaşdırıldığı üçün son mərhələdə olan ABŞ və İran arasında danışıqları alqışlayıblar", - məlumatda qeyd olunub.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə