“YAP qarşısında duran əsas vəzifə bu inkişaf mərhələsinin tələblərinə uyğun fəaliyyət göstərməkdir” - ŞƏRH
“Yeni Azərbaycan Partiyasının VIII Qurultayı Azərbaycanın siyasi həyatında yeni mərhələnin prioritetlərini ortaya qoydu. Prezident İlham Əliyevin çıxışının əsas mesajı ondan ibarətdir ki, Azərbaycan artıq tarixi problemlərini həll etmiş, suverenliyini tam bərpa etmiş və gələcəyin strateji hədəflərinə fokuslanan dövlətdir”. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.
Onun sözlərinə görə, dövlət başçısının çıxışında diqqətçəkən məqamlardan biri Azərbaycanın dəyişən dünya nizamındakı mövqeyi idi:
“ABŞ və Çinin iki supergüc kimi xarakterizə olunması və ölkəmizin hər ikisi ilə strateji tərəfdaşlıq münasibətləri qurması müstəqil xarici siyasətimizin mühüm göstəricisidir. Azərbaycan qlobal güclər arasında seçim etmək deyil, öz milli maraqları əsasında əməkdaşlıq qurmaq prinsipini əsas götürür.
Digər mühüm məsələ hərbi qələbənin siyasi və iqtisadi uğurlarla davam etdirilməsidir. Qarabağ və Şərqi Zəngəzurun bərpası, Böyük Qayıdış və regional bağlantılar bu siyasətin praktik istiqamətləridir.
Hesab edirəm ki, qurultayın əsas siyasi mesajı budur: Azərbaycan artıq keçmişin problemlərini həll edən deyil, gələcəyin imkanlarını formalaşdıran dövlətdir. Yeni Azərbaycan Partiyasının da qarşısında duran əsas vəzifə bu inkişaf mərhələsinin tələblərinə uyğun fəaliyyət göstərməkdir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB