Rusiyanın Xantı-Mansi Muxtar Dairəsinin Surqut rayonunda sənaye obyektinə pilotsuz uçuş aparatlarının (PUA) hücumu nəticəsində güclü yanğın başlayıb.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, hücum haqda Xantı-Mansi Muxtar Dairəsinin qubernatoru Ruslan Kuxaruk məlumat yayıb.
Onun sözlərinə görə, PUA hücumu nəticəsində sənaye obyektində yanğın başlayıb. Hazırda mütəxəssislər dəymiş zərərin miqyasını və xarakterini qiymətləndirirlər.
Bildirilib ki, hücumun hədəfi “Qazprom Pererabotka” şirkətinə daxil olan Çernomırdin adına Surqut kondensat stabilləşdirmə zavodu ola bilər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB