Azərbaycan dövlət maliyyəsinin idarə edilməsi və fiskal islahatlar istiqamətində Beynəlxalq Valyuta Fondunun (BVF) texniki yardımının genişləndirilməsində maraqlıdır.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, bunu maliyyə nazirinin birinci müavini Anar Kərimov BVF-nin Sərəncamçı direktorunun müavini Bo Li ilə görüşündə bildirib.
O, dövlət maliyyəsinin idarə edilməsi, ortamüddətli büdcə planlaşdırılması, fiskal qaydaların tətbiqi və institusional potensialın gücləndirilməsi istiqamətlərində BVF ilə əməkdaşlığın əhəmiyyətini vurğulayıb.
Nazirin birinci müavini makroiqtisadi sabitliyin qorunması, iqtisadiyyatın şaxələndirilməsi, büdcə gəlirlərinin artırılması və fiskal risklərin monitorinqi istiqamətində həyata keçirilən islahatlar barədə məlumat verib.
Bo Li isə Azərbaycanda qeyri-neft gəlirlərinin artırılması və fiskal dayanıqlığın gücləndirilməsi istiqamətində əldə olunan nəticələri müsbət qiymətləndirib.
O, BVF-nin bu sahələrdə Azərbaycana dəstəyini davam etdirməyə hazır olduğunu bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB