Səhər tezdən kəndə ildırım sürətilə xəbər yayıldı ki, Eyvaz kişi dünyasın dəyişib. Eşidən, bilən çaparaq özlərini kəndin girəcəyində yerləşən rəhmətə gedənin qapısına çatdırdı. Həyətə yığışanların,evə girib-çıxanların arasında bir cümlə dolaşırdı. Bir- birilərinə vaysına-vaysına, sakit səslə pıçıldaşırdılar ki, yazıq Eyvaz kişi axşam dəmir kravatında uzanıb, Şabanın kinosuna baxıb. Doyunca gülüb . Sonra da başın atıb, yatıb. Səhər də nə olubsa kişi yuxudan durandakeçinib.

Evdən gələnağlaşma səsi, ələxüsus da Eyvazın arvadıGüldəstənin yanıqlı səslə“Bala, bala, bu nə qan idi sən elədin, bu nə iş idi başımıza gəldi. Eyvaz sənin ölməli vaxtın deyildi“,-deyibağlaması həyətdə toplaşanlarıdakövrəldirdi. Kəndin bir-iki kişisi də kənara çəkilib, öz aralarında pıçıldaşırdılar ki, bala görən neyniyibdi ki,qadın belə yanıqlı-yanıqlı ağlayır,yanıb- tökülür.

Bəd xəbər tez yayılır, doğru deyiblər. Qonşu kənddən,şəhərdən başsağlığına gələn qohumların, tanışların ardı-arası kəsilmirdi. Bir həftə idi kəndin arvadları Dəstəğülün dizinin dibini kəsdirmişdilər, ona təsəlli verirdilər.Oğlu Arzuman da boynu bükük hərdən otağa girir, anasını sakitləşdirir, sonra dinməz -söyləməz çölə çıxır, gələn-gedənlərə minnətdarlığını bildirirdi. Ancaq heç kimin bilmədiyi bir sirr qəlbini parçalayırdı. Bu sirr ömrünün sonuna kimi ona əzab verəcəkdi. Allahdan gizli olmayan bu sirr indi anasıyla öz arasında qalacaqdı. Hamıdağlışandan sonra ana-bala ikilikdə qalanda anasının üzünə necə baxacaqdı, bax bu dərd onu üzürdü. Özü də yaxşı başa düşürdü valideynlərini incitdiyini, onlaraəziyyət verdiyini. Ancaq heç vaxt sonu belə olacağı heç ağlına gəlməzdi ki, indi başına gəldi. Etdiyi hərəkətlərə, danışdığı yalanlara görə üstünə qışqırsalar, danlasalar da, həmişə tək uşaqdı deyib, arxasında dayanmış, bir çıxış yolu tapmışdılar. Son etdiyi hərəkətin nəticəsi isə yaman ağır oldu . Belə ki....

Bir gün Eyvaz kişinin telefonuna polisdən zəng gəldi. Bildirdilər ki, oğlun polis şöbəsindədi, təcili gəl. Özünü polis şöbəsinə çatdıran Eyvaz kişiyə dedilər ki, ya oğlununbankda yığılıb qalan 800 manat kredit borcunu ödəyirsən, ya da oğlunu tutacağıq. Cibində iyirmi manat pulu olan biçarə Eyvaz oğlunu ağlayan görəndə ürəyi tab gətirmədi, söz verdi ki, gedib ödüyüb, qəbzi gətirib gələcək. Təki oğlunu tutmasınlar.Düşündü ki, bir bu biabırçılq qalıb,kənddə biabır olaq. Qaçaraq evə gəlib Dəstəgülə dedi ki, neynirsən elə uşağı tutublar,ağlıyıb, gözünün yaşını tökür. Gör bu pulu kimdən tapırıq, kimin qapısına gedək. Dəstəğül ikiəlli dizinə çırpdı ki, ay kişi sən nə danışırsan.İlin-günün bu vaxtı kimin qapısına gedim. Beş manat deyil ,on manat deyil. Bu bizim axırımıza çıxacaq. Çox çək-çevirdən sonra Eyvazın güman gəldiyi biri ağlına gəldi. “Olsa,olsa, ancaq onda olacaq”, - deyib,bir hinduşka da vurub qoltuğuna getdi usta Vəlinin qapısına. Allahdan yaxşı qarşıladılar. Eyvaz kasıb olsa da hamının işinə yarıyan idi. O üzdən onu əliboş qaytarmadılar.”Olacaqdıbaşına gəlib, fikir eləmə.Olacağa çarə yoxdur” ,-dedilər və o pulu verdilər. Eyvaz kişi də bir həftəyə oğlu maaşını alan kimi yarısını, gələn ayda yarısını verəcəyinə söz verdi. Ordan da tez rayona gedib bankın pulunu ödəyib,qəbzi gətirib polis şöbəsində göstərdi, oğlunu buraxdırdı.Oğluna yol boyu bir kəlmə də demədən özü qabaqda, Arzuman da arxasınca evə gəldilər. Evə çatan kimi ər- arvad qabaqlarına qoyub o kivar danladılar. Hələ əvvəlki borcdan qutarmadıqlarınıbaşına qaxdılar.Tapşırdılar ki,maaşını alan kimi top gətirib versin ki, borc yiyəsinə söz veriblər bir həftəyə yarısını qaytarmalıdılar . Arzuman da “baş üstə “dedi. Sonra heç nə olmamış kimi çay-çörəklərini yedilər. Arzuman telefon qulağında öz otağına keçdi.Eyvaz kişi dəmir kravatında uzanıb kinosuna baxdı. Dəstəğülhinduşkaları,toyuq-cücələrihinə saldı, yedikləri qabları yudu.

Bu minvalla bir həftə keçdi. Bir axşam Eyvaz kişi işığı söndürüb, kravatına uzanıb,qaranlıqda Şabanın kinosuna baxırdı.Dəstəgül də işlərini görüb qurtarandan sonra gəlib ərinin ayaq tərəfində oturdu, sakit səslə:

-Ay kişi ,bu gün Arzuman maaşın alacaq. Gələn kimi tut əlindən al,apar kişinin borcunu ver.

– Bilirəm, ay arvad qoy hələ gəlib çıxsın, alacam .

Kino qutarmışdı. İkisinin də yuxusu gözündən tökülürdü. Bir azdan evin qapısı açıldı.Gələn Arzuman idi. Öz otağına keçmək istəyəndə Eyvaz oğlunu səslədi:

-Ay bala gəldin? Gəl bir axşamın xeyir eylə.Bayaqdan səni gözlüyürük.

-Əynimi dəyişim gəlirəm,- deyib otağına keçdi. Bir xeyli keçmişdi ki, otağa gəlib salamlaşdı. Sonra əlini cibinə salıb cibindən çıxartdığı pulu qaranlıqda atasına uzatdı.

-Dörd yüzdü,götür,-deyib otaqdan çıxdı.

Eyvaz pulu alıb, döşəyinin altına qoydu.Ürəyi sakitləşdi. Sonra hər ikisi başlarını atıb yatdılar .

Dəstəgül səhər tezdən durub samavarı qaynatdı, çay dəmlədi . Süfrəni düzəldib, oğlunu yuxudan oyatdı. Arzumanı işə yola salandan sonra həyətə düşüb, hindən toyuq-cücələri açdı. Onlara dən verdi. Hindəki yumurtaları döşdüyünə yığdı.“Allah bərəkət versin” ,- deyib evə qalxdı.

Eyvaz yuxudan oyanmışdı. Kravatında oturub əynini geyinirdi.

-Sabahın xeyir ay kişi. Biraz yataydın da,nolmuşdu, belə tezdən durmusan. Sənə yumurta qaynadım, çay süzüm?

-Sabahın xeyir. Nəyə yatım. O olmuşdu ki, aparım kişinin pulun verim , söz danışıqdan keçər. Axşamın xeyrinnəndisə, sabahın şəri yaxşıdı. Yox, gedim verim,gəlim içərəm.

Elə oturduğu yerdə əlini döşəyin altına saldı. Axşam oğlunun verdiyi dörd dənə bükülmüş yüzdüyü götürdü. Saymaq istəyəndə pul əlinə çox yumşaq dəydi.Sonra diqqətlə baxdı.Pul bir az yığcam, həm də qırmızı rəngə çalırdı. Gözləri hədəqəsindən çıxdı. Dönüb pəncərə tərəfə işığa tutdu. Pulun üzərində “etibarsızdır” yazısını oxuyanda saxta olduğunu başa düşdü. Dünya başına fırlandı. Pulun saxta olmağından çox , doğma övladının hərəkəti qəlbini parçaladı, iki əliylə başını tutdu.

- Naxələf , vicdansız mənə kəf gəlir.Məni avam hesab edir. Bəlkə aparıb borc yiyəsinə verəydim. Kişinin yanında biabır olaydım. Bu saxta pula görə adamı dama basarlar. Sən adam olmadın da,heyif, heyif mənim zəhmətimdən. Allah adama xeyirli övlad versini nahaq yerə demiyiblər ki.

Dəstəgül donub qalmışdı. Dili dolaşa-dolaşa:

-Ay kişi nolub coşmusan. Ola bilməz e, nə saxta, görmürsən üstündə yüz manat yazılıb.

-Sus, sən onu qudurtmusan. Yığ o əclafın telefonunu ,-deyib ayağa qalxmaq istəyirdi ki, gözləri qaraldı, ev başına fırlandı. Əliylə sinəsini tutdu, bir dəfə “oy“ dedi və birdən böyrü üstə yatağına yıxıldı.

Dəstəğül nətər qiyyə çəkdisə qonum-qonşu tökülüb gəldi. Həkim çağırdılar. Ancaq iş-işdən keçmişdi. Eyvaz kişinin ürəyi tab gətirmədi. Bu tək bir günün işi deyildi. İllərlə yığılan dərdlərə artıq ürəyi dözmədi.

Dəstəgülün “Bala, bala, bu nə qan idi sən elədin”,-deyib ağlamasının səbəbini göydə Allah, yerdə oğlu ilə özündən başqa heç kim bilmədi.Hamı Eyvazın ölümünün səbəbini rəhmətliyin ürəyinin zəifliyində,arıqlığında, çox işləməsində gördü.

Dəstəğülyazıq Eyvazı bu həyatdan aparan,sinəsində gizlətdiyi o saxta yüzlükləri yas qurtarandan,hamı dağlışandan sonra ağlaya- ağlaya “Səni düzəldənin Allah evini yıxsın ki, mənim evimi yıxdın”- dedi və ocaqda yandırdı.

Fil.ü.f. d. Ofelya Sultanqızı

Bütün xəbərlər Facebook səhifəmizdə