Bu rayonda 10 mindən çox çətənə kolu məhv edilib

Bu rayonda 10 mindən çox çətənə kolu məhv edilib

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən "Xaş-xaş-2026" şərti adlı kompleks tədbirlər nəticəsində narkotik tərkibli bitkilər aşkar edilib. Belə ki, Hənifə kəndi ərazisində yabanı halda bitən çətənə kolları müəyyən olunub.

Məlumata əsasən, ümumi çəkisi 9 ton 800 kiloqram olan 10 min 815 ədəd çətənə kolu məhv edilib. Faktla bağlı araşdırmalar davam etdirilir.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə