Keçmiş Cənubi Koreya prezidenti Yun Suk Yeol 30 il həbs cəzası alıb

Keçmiş Cənubi Koreya prezidenti Yun Suk Yeol 30 il həbs cəzası alıb

Cənubi Koreyanın keçmiş prezidenti Yun Suk Yeol Pxenyana qarşı hərbi dronların göndərilməsi ilə bağlı ittihamlar üzrə 30 il müddətinə azadlıqdan məhrum edilib.

SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Seul Mərkəzi Rayon Məhkəməsi cümə günü çıxardığı qərarda Yun Suk Yeolu vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə və düşmənə kömək etməkdə təqsirli bilib. Məhkəmə onun 2024-cü ilin oktyabrında həyata keçirilən dron əməliyyatını əvvəlcədən planlaşdırdığı qənaətinə gəlib.

İttihama əsasən, keçmiş prezident Pxenyana göndərilən hərbi dronlardan 2024-cü ilin dekabrında uğursuz hərbi vəziyyət elanına zəmin yaratmaq üçün istifadə etməyə çalışıb. Məhkəmə bu addımların ölkənin təhlükəsizliyinə və dövlət maraqlarına zidd olduğunu vurğulayıb.

Xəbər agentliklərinin yaydığı məlumata görə, məhkəmənin qərarı ilə Yun Suk Yeol 30 il həbs cəzasına məhkum edilib. Hadisə ölkədə geniş ictimai və siyasi müzakirələrə səbəb olub.

Lətifə Abdıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə