Gənc yazar Fidan Türkün “Atlar Diyarında” nağıl kitabının imza günü keçirilib Fotolar

Vl Türk Dünyası Ədəbiyyat və Kitab Festivalında gənc yazar Fidan Türkün “Atlar Diyarında” nağıl kitabının imza günü keçirilib.

Azərbaycan uşaq ədəbiyyatına yeni töhfə olan kitab ziyalılar, oxucular tərəfindən olduqca maraqla qarşılanıb.
Uzun illərdir at minən yazıçı bu nağılın uşaqlara heyvan sevgisini öyrədəcəyini, onlara dostluq, güvən və etibar kimi dəyərli hissləri aşılayacağını bildirib.
Nağıl kitabının VI Türk Dünyası Ədəbiyyat və Kitab Festivalında təqdim olunması yazıçıya fəxr dolu anlar yaşadıb.
Kitab dəyərli ziyalılardan Rəşad Məcid tərəfindən maraqla qarşılanıb. Yazıçıya uğurlar diləyən Rəşad Məcid, gənc yazarlara dəsdək olmağın önəmini vurğulayıb.

“Atlar diyarında” nağıl kitabı Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün tərəfindən də yüksək dəyərləndirilib. Həm nağılın, həm də kitabdakı şəkillərin uşaqlar üçün maraqlı olacağını bildirən səfir, yazıçıya ərsəyə gətirdiyi kitab üçün məmnunluğunu ifadə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə