Qamətinə, qüruruna baxıram –
Dayanaqdır, dayanaqdır, dayanaq!
Bu vüqarı, əzəməti görməmək,
Xəyanətdir, xəyanətdir, xəyanət!
İz qoymusan, tarix boyu qalan iz,
Yolun olub haqqa doğru, haqqa, düz.
Söylədiyin hər bir kəlmə, hər bir söz,
Bəyanatdır, bəyanatdır, bəyanat!
Sönməz günəş, dərin zəka, nur düha,
Gəlməyəcək bu dünyaya bir daha.
Yaratdığın səndən sonra sabaha,
Əmanətdir, əmanətdir, əmanət!
Sarsılmayan, əyilməyən uca dağ,
Peşən oldu el yükünü daşımaq.
Ulu Öndər, sənin kimi yaşamaq,
Şərafətdir, şərafətdir, şərafət!
Kamandar EYVAZLI
(Prezident təqaüdçüsü)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB