Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının tələbəsi Kövsər Əmrullayeva qələmə aldığı şeirlərdən bəzilərini redaksiyamıza göndərib. Müəyyən xırda qüsurlara baxmayaraq şeirlərdə Vətən sevgisi, humanizm çağırışları, dost sədaqəti kimi gözəl hisslərin olduğunu nəzərə alaraq onlardan ikisini oxuculara təqdim edir, gənc şairəyə daha böyük yaradıcılıq uğurları arzulayırıq.

Səsindən açılır qönçə çiçəklər,

Saçların sovurur rəngli ləçəklər,

Uçuşar göylərdə rəsm çəkərlər,

Üzündən təbəssüm yağsın, Nəzrinim!

Kövsər əzizləsin səni, Nəzrinim!

Ceyran gözlüm, kirpiklərin ox kimi,

Ləbi qönçə, qaşların kaman kimi,

Boyu sərv, qəlbin bülluri - kəhriz kimi,

Təqibçin sevinc olsun, gülüm Nəzrinim!

Sənə yaraşıqdır gülüş Nəzrinim!

Tərifdən xoşlanır, dodaq büzülür,

Şeir (i) oxuyanda gözlər süzülür,

Sözündən söhbətindən sevgi düzülür,

Qəlbində çiçəklər açsın, Nəzrinim!

Ömrünə nur saçsın, gözəl Nəzrinim!

Kövsərdən əziz qrup yoldaşı Nəzrinə ad günü hədiyyəsi❤️

#emrullayeva

Quba, 19.11.2025.

Quba

Sənin varlığından alıram nəfəs,

Sübh rüzkarındır ruhuma həvəs,

Dumanlı dağların, mənə arxadaş,

Qoynuna sığındım, ey əziz Quba.

Bəzən düşünürəm uzaqdayam mən,

Tərki Vətən olub, qaçmışam səndən,

Eşit, harayımı cavab ver, mənə,

Dərdimə çarə bul, ey nazlı Quba!

Dağların fərlidir, dumanın başqa,

Görkəmin məlhəmdir, vahidsən bizə,

Qürbətdə olanda duyduğum heç səs,

Sənin avazını verməyir, ey Quba.

Həm dərd anasısan, həm könül dağı,

Qəlblər od alanda da, ümidsən bizə,

Hər zülmət gecənin yanan çırağı,

Bu ürək unutmaz səni ey, Quba!

Xəyala dalmışam, bu gün mən yenə,

Gəlmişəm, yad edim ötən günləri,

Dərdsizəm deyib çox gülənləri,

Ağlayan görmüşəm inanma, Quba!

Sən yaşa, əbədi ey əziz Quba!

Quba, 01.08.2025.

Bütün xəbərlər Facebook səhifəmizdə