Tayland şahzadəsi 47 yaşında vəfat edib

Tayland şahzadəsi 47 yaşında vəfat edib

Tayland şahzadəsi Bacrakitiyabha 47 yaşında vəfat edib. O, 2022-ci ildə keçirdiyi ürək tutmasından sonra komaya düşmüş və üç ildən artıq müddətdə müalicə almışdı.

SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, şahzadənin səhhəti son aylarda infeksiya və ürək ritmi ilə bağlı yaranan ağırlaşmalar səbəbindən daha da pisləşib. Həkimlərin bütün səylərinə baxmayaraq, o, komadan ayılmayıb və həyatını itirib.

Bacrakitiyabha 2022-ci ilin dekabrında ürək problemi səbəbindən huşunu itirmişdi. Həmin vaxtdan etibarən o, xəstəxanada nəzarət altında saxlanılır və intensiv müalicə alırdı.

Şahzadənin nəşinin Bangkokdakı Böyük Saray Kompleksində yerləşən "Piman Rattaya Taxt" zalına aparılacağı bildirilib.

Bacrakitiyabha Tayland kral ailəsinin tanınmış üzvlərindən biri olub və uzun illər ictimai fəaliyyətlə məşğul olub. Onun vəfatı ölkədə böyük kədər yaradıb.

Lətifə Abdıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə