"Peter Pan"ın Tinker Bell obrazını canlandıran Marqaret Kerri 97 yaşında vəfat edib

"Peter Pan"ın Tinker Bell obrazını canlandıran Marqaret Kerri 97 yaşında vəfat edib

1953-cü ildə ekranlara çıxan Disney klassiki Peter Pan filmində Tinker Bell obrazının yaradılmasına ilham verən aktrisa və rəqqasə Margaret Kerry 97 yaşında vəfat edib.

SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, ABŞ-ın Wilmington şəhərində dünyasını dəyişib. Bildirilib ki, o, ağciyər xərçəngi ilə apardığı mübarizədən sonra vəfat edib. Son anlarında övladları Ellen, Kristina və Erik onun yanında olub.

Marqaret Kerri Disney animatorları üçün Tinker Bell obrazının hərəkətlərini və mimikalarını canlandıraraq bu məşhur personajın formalaşmasına mühüm töhfə verib. Onun ifası sayəsində Tinker Bell Disney tarixinin ən tanınmış qəhrəmanlarından birinə çevrilib.

Kerri aktyorluq karyerası ərzində Eddie Cantor ilə birlikdə "If You Knew Susie" filmində çəkilib, həmçinin ABC telekanalının ilk sitkomlarından biri olan "The Ruggles" serialında da rol alıb. Bundan başqa, o, müxtəlif cizgi filmlərində səs aktyoru kimi də fəaliyyət göstərib.

Marqaret Kerri Tinker Bell obrazına verdiyi töhfə ilə Disney irsinin ayrılmaz hissəsinə çevrilərək milyonlarla tamaşaçının yaddaşında qalıb.

Lətifə Abdıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə