Filmin rejissorları Erke Djumakmatova və Emil Ataqeldiyevin çəkdiyi, beynəlxalq festivallarda uğur qazanan “Kurak” filmi öz ölkəsində senzura maneəsi ilə qarşılaşıb. Filmə dövlət tərəfindən qeydiyyat sertifikatı verilmədiyi üçün onun "Bişkek Beynəlxalq Film Festivalı" çərçivəsində planlaşdırılan nümayişi ləğv edilib.
SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, “Kurak” filmi indiyədək 14 beynəlxalq film festivalında nümayiş olunub və bir sıra mükafatlara layiq görülüb.
Filmin yaradıcı heyəti bildirib ki, “Kyrgyztasmasy” Dövlət Film Mərkəzi və Kinematoqrafiya Departamenti filmə dövlət qeydiyyat sertifikatı verməkdən imtina edib.
Qırğızıstan qanunvericiliyinə əsasən, bu sertifikat olmadan filmin ictimaiyyətə nümayişi mümkün deyil.
Qərarın səbəbi ilə bağlı rəsmi açıqlama verilməyib. Nəticədə “Kurak” filminin ölkədəki ilk nümayişi təxirə salınıb.
Lətifə Abdıyeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB