"Orta Dəhliz ölkələr arasında əlaqələri möhkəmləndirir" - ŞƏRH

"Orta Dəhliz ölkələr arasında əlaqələri möhkəmləndirir" - ŞƏRH

"Geosiyasi və iqtisadi proseslərin fonunda Orta Dəhlizin əhəmiyyəti getdikcə artır. Bu marşrut artıq dünya dövlətləri arasında əməkdaşlığı gücləndirən mühüm nəqliyyat və logistika platformasına çevrilib".

Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Kənan Novruzov deyib.

Onun sözlərinə görə, Orta Dəhliz vasitəsilə müxtəlif ölkələr arasında iqtisadi əlaqələr genişlənir, ticarət dövriyyəsi artır və yeni əməkdaşlıq imkanları yaranır:

"Orta Dəhlizin əsas üstünlüklərindən biri müxtəlif regionları bir-biri ilə əlaqələndirməsidir. Bu marşrut Asiya ilə Avropa arasında yükdaşımalarının daha sürətli və səmərəli həyata keçirilməsinə imkan yaradır, qlobal ticarətin inkişafına mühüm töhfə verir.

Orta Dəhlizin mühüm komponentlərindən biri də Zəngəzur dəhlizidir. Zəngəzur dəhlizinin açılması məsələsi artıq regional gündəliyin əsas mövzularından birinə çevrilib. Bu layihənin reallaşması regionda nəqliyyat-kommunikasiya əlaqələrinin genişlənməsinə, iqtisadi əməkdaşlığın dərinləşməsinə və yeni logistika imkanlarının yaranmasına xidmət edəcək.

Azərbaycanın təşəbbüsləri və regionda formalaşan yeni reallıqlar fonunda Zəngəzur dəhlizinin fəaliyyətə başlaması Orta Dəhlizin daha da inkişaf etməsinə mühüm töhfə verəcək. Bu layihə təkcə region ölkələri üçün deyil, həm də beynəlxalq ticarət və nəqliyyat şəbəkələri baxımından böyük əhəmiyyət daşıyır".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə