“Yay aylarında temperaturun yüksəlməsi ilə əlaqədar çox tərləyirik. Beləliklə orqanizm su itirir. Bu suyu bərpa etmək üçün mütləq şəkildə çəkimizin hər kq üçün 0.30 ml su qəbul etməliyik. Amma yayda fiziki aktivlik, temperatur dərəcəsindən asılı olaraq bu miqdar fərdi qaydada artırılmalıdır”.
Bu sözləri SİA-ya açıqlamasında qida texnoloqu Asim Vəliyev deyib.

O bildirib ki, orqanizmimizin təxminən 60 faizi sudan ibarətdir:
“Yay aylarında daxili tarazlığı qorumaq üçün su çox vacibdir. İntensiv istidə insan bədəni saatda 1 litrə qədər maye itirə bilər. Bu itki təkcə su deyil, həm də mühüm elektrolitlərin itirilməsi deməkdir. Bədən çəkisinin cəmi 2 faizi qədər su itirildikdə fiziki və zehni performans aşağı düşür. Qan qatılaşır, böyrəklərin süzmə qabiliyyəti zəifləyir. Bir dəfəyə 1 litr su içmək böyrəkləri yükləyir və hüceyrə səviyyəsində hidrasiyanı təmin etmir. Suyu gün ərzində hər saatbaşı 1-2 stəkan olmaqla yavaş-yavaş və qurtum-qurtum içməliyik. Çay, qəhvə, rəngli qazlı içkilər suyun yerini vermir. Əksinə, qəhvə və tünd çay sidikqovucu xüsusiyyətə malik olduğu üçün bədəndən su qovur. İçdiyimiz hər fincan qəhvənin ardınca mütləq 1 stəkan əlavə su qəbul etməliyik. Çox yüksək tərləmə zamanı təmiz su ilə yanaşı, mineral balansını qorumaq üçün təbii mineral sular da içməliyik. menyuda yer ayırın.
Yayda otaq temperaturunda qalan açıq sular və içkilər patogen mikroorqanizmlərin sürətlə çoxalması üçün ideal mühitdir. Ağzı açılmış su şüşələrini mütləq soyuducuda saxlamalıyıq. 24 saatdan çox saxlamaq olmaz . Avtomobildə, ya birbaşa günəş şüası altında qalan plastik qablarda suları içmək risklidir. İstinin təsirindən plastikdən suya zərərli kimyəvi maddələr keçir”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB