İran və Oman Hörmüz boğazının idarə olunması ilə bağlı birgə bəyanat hazırlayırlar

İran və Oman Hörmüz boğazının idarə olunması ilə bağlı birgə bəyanat hazırlayırlar

İran və Oman tezliklə Hörmüz boğazının gələcək idarə olunması ilə bağlı birgə bəyanat yayacaqlar.

SİA xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi dövlət televiziyasında bildirib. "Biz bu məsələ ilə bağlı Omanla çox yaxşı məsləhətləşmələr apardıq və yaxşı nəticələr əldə etdik. Tezliklə Hörmüz boğazı ilə bağlı Omanla birgə bəyanat və konkret proqramımız olacaq", - deyə o, dövlət televiziyasında bildirib.

Əraqçi vurğulayıb ki, Hörmüz boğazındakı vəziyyət heç vaxt müharibədən əvvəlki dövrə qayıtmayacaq. "Uzun illər ərzində bu su yolu bütün gəmilər üçün açıq olub. İran və Oman onun təhlükəsizliyini təmin edib və xidmətlər göstəriblər. İndiyə qədər bütün xidmətlər pulsuz idi. Lakin gələcəkdə Hörmüz boğazının idarə olunması əvvəlki kimi olmayacaq", - deyə İranın xarici işlər naziri qeyd edib

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə