Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bu günə olan reyslər ləğv olunub

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bu günə olan reyslər ləğv olunub

Naxçıvanda hökm sürən əlverişsiz hava şəraitinin davam etməsi səbəbi ilə “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) 14 iyun tarixi üçün planlaşdırılan Bakı-Naxçıvan-Bakı marşrutu üzrə reysləri ləğv olunub.

AZAL-dan SİA-ya verilən məlumata görə, hava şəraiti sabitləşdikdən sonra reyslərin icrasına davam ediləcək.

“Sərnişinlər mümkün dəyişikliklərlə bağlı ətraflı məlumatlandırılacaqlar”, - deyə “Azərbaycan Hava Yolları” QSC-nin məlumatında bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə