"Arsenal" bu futbolçu üçün HƏRƏKƏTƏ KEÇDİ

"Arsenal" bu futbolçu üçün HƏRƏKƏTƏ KEÇDİ

London "Arsenal"ı "Lill"in gənc yarımmüdafiəçisi Əyyub Buaddini transfer etmək üçün işə başlayıb.

London təmsilçisi yüksək potensiala malik olan 18 yaşlı futbolçunu özünün uzunmüddətli planlarına daxil edib və ona komandada mühüm rol vəd edib. Gənc oyunçunun da "topçular"ın sırasına qoşulmaq ideyasına isti yanaşdığı bildirilir.

"Lill" rəhbərliyi Buaddi üçün təxminən 70 milyon avro tələb edir. Buna baxmayaraq, "Arsenal" rəsmiləri Fransa klubunun prezidenti Olivye Letanq ilə olan müsbət münasibətlərinə güvənirlər.

Mətləb

Onlar bu yaxşı əlaqələrin transfer danışıqlarında onlara üstünlük qazandıracağına və qiyməti aşağı salmağa kömək edəcəyinə inanırlar.

Bütün xəbərlər Facebook səhifəmizdə