İran Prezidenti Məsud Pezeşkian 12 günlük müharibənin ildönümü ilə bağlı xalqa müraciətində İsrail barədə danışıb. İran lideri bəyan edib ki, İsrail 12 günlük müharibə zamanı xalqın iradəsini zəiflətməyə çalışsa da, məqsədinə çata bilməyib. SİTAT: "Xalqın mətanəti, liderin rəhbərliyi və silahlı qüvvələrin hazırlığı bu məqsədlərə çatmağa mane olub", - o vurğulayıb.
Xatırladaq ki, 13 iyun 2025-ci il tarixində ABŞ-nin dəstəyi ilə İsrailin İrana qarşı genişmiqyaslı hava hücumları ilə başlayan və 24 iyun 2025-ci ildə tərəflər arasında əldə olunan atəşkəs razılaşması ilə başa çatan münaqişədə minə yaxın insan ölüb, 5800 nəfər yaralanıb.
Mətləb
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB