Azərbaycan millisi Avropa Liqasında İspaniya ilə qarşılaşacaq

Azərbaycan millisi Avropa Liqasında İspaniya ilə qarşılaşacaq

Azərbaycanın qadın voleybolçulardan ibarət millisi Avropa Liqasının İspaniyanın Alikante şəhərində təşkil olunan mərhələsində növbəti matçına bu gün çıxacaq.

SİA-nın məlumatına görə, Faiq Qarayevin baş məşqçi olduğu kollektiv İspaniya ilə üz-üzə gələcək.

Qarşılaşma 20:00-da start götürəcək.

Qeyd edək ki, komanda ötən gün baş tutan matçda Şimali Makedoniyanı 3:0 hesabı ilə məğlub edib.

Bütün xəbərlər Facebook səhifəmizdə